"Nəhcül-Bəlağə" hekayətləri
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:53
DOQQUZUNCU HEKAYƏT

ƏŞƏS İMAMIN NƏZƏRİNDƏ


Kendə qəbiləsindən olan Əşəs ibni Qeys İmam Əli (əleyhissalam)-ın xilafəti zamanında münafiq başçılarından hesab olunurdu. Bundan əlavə Peyğəmbər əshabından sayılan Abdullah ibni Übəyy ibni Sülum da Həzrətin zamanında münafiq dəstəsi başçılarından sayılırdı. Belə ki, bu barədə ibni Əbil Hədid belə yazır:
“Əli (əleyhissalam)-ın xilafəti zamanı qarşıya çıxan uğursuzluqlar və baş verən bütün pozğunluqların əsas banisi Əşəs idi.”

Əşəs Əbu Bəkrin xilafəti vaxtı kafir Bəni Vəliə qrupuna qoşularaq dindən çıxıb mürtəd olmuşdu.
Bir müddət sonra Əşəs atasının intiqamını almaq üçün mübarizəyə qalxdığı vaxt müsəlmanlara əsir düşdü.
Bir gün Həzrət Əli (əleyhissalam) Kufə məscidində minbər başında xütbə söylədiyi vaxt birdən moizənin ortasında Əşəs ibni Qeys İmama qarşı etiraz etdi. Bu da o zaman idi ki, Həzrət (Həkəmeyn)-dən (“Nəhcül-bəlağə”də 16 da gəlmiş 121-ci xütbəni) danışırdı. Bu xütbəyə əsasən hətta, Əli (əleyhissalam)öz ordusundan o qədər narazı idi ki, onlara xitab olaraq belə buyurmuşdu:
“Sizin köməkliyinizlə xəstəliklərin dərmanına başlamaq istəyirəm ki, özünüz hazırda mənim dərd və xəstəliyimsiniz.”
Hal-hazırda mən tikanı tikan ilə təmizləyənə bənzəyirəm.
Nə isə qayıdaq, etirazın mövzusu məsələsinə. Həzrət Əli (əleyhissalam) Kufədə minbər başında Həkəmiyyətdən söhbət etdiyi vaxt bir kişi yerindən qalxıb Həzrətin sözlərinə etiraz edərək dedi: Əvvəlcə sən bizə həkəmiyyəti qəbul etməyimizi tapşırdın ki, sonra onu qəbul etməməyimizə əmr etdin. İndi bilmirik bu əmr və nəhyin hansı biri daha məqsədə uyğun idi. Bu zaman Əli (əleyhissalam) əlinin birini o birisinə vurub buyurdu:
“Bu rəhbərinin fərmanını rədd edənin cəzasıdır, beyət pozub müxaliflərə qoşuldu. Bundan əlavə öz rəhbərinin də müxaliflərin ardınca düşməsini istəyib onu bu işə məcbur etdi.”
Həmin məclisdə iştirak edən Əşəs İmamın bu sözdən məqsədini aşağıdakı tərzdə yozmuşdu: Yəni bu mənim cəzamdır ki, ehtiyatı əldən verib həkəmiyyənin hökmünü qəbul etdim.
Buna görə də o İmamın sözünə etiraz edib dedi: “Bu söz sənin öz ziyanınadır, nəinki xeyrinə.”
Halbuki, bu söhbətdə Əli (əleyhissalam)-ın məqsədi öz əshabı idi. Əşəsin etirazı inad üzündən olduğunu üçün Həzrət Əli (əleyhissalam) ona tutarlı bir cavab verib buyurdu:
Sən nə bilirsən hansı işim xeyrim ya hansı ziyanımadır? Allahın lənəti və nifrin edənlərin nifrini, sənə olsun, ey Əbləh oğlu əbləh! Ey münafiq oğlu münafiq, sən kafir olduğun zaman ikinci dəfə “Müsəlman halında əsir düşmüsən, hətta qəbilən və mal dövlətin belə səni bu iki əsarətdən azad edə bilmədi. Əli (əleyhissalam)-ın söylədiyi cavabdan məqsəd camaatı Əşəsin pis sabiqəsi (keçmişi) və napak həyatı ilə agah etmək idi. Qoy camaat bilsin ki, Əşəsin etirazı xeyirxahlıq üzündən deyil, əksinə rəyasət tələblik və özünü göstərməklikdən ötrü idi.
Atalar demişkən Kuzədən süzülər ki, onda o şey olmuş olsun.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031