Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » "Təkfirçi qruplar himayəçi ölkələrin canlarına bəla olacaqlar"

"Təkfirçi qruplar himayəçi ölkələrin canlarına bəla olacaqlar"

"Təkfirçi qruplar himayəçi ölkələrin canlarına bəla olacaqlar"
"Bəzi region ölkələri təkfirçi qrupların gələcəkdə onların özləri üçün yaradacaqları təhlükəni görmür"

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei Küveytin əmiri Şeyx Səbah əl-Əhməd əl-Cabir əs-Səbah və onu müşayiət edən heyətlə görüşüb.

Görüş zamanı Ayətullah Seyid Əli Xamenei regionda təkfirçi qrupların təhlükəsinə işarə edərək belə deyib: "Təəssüflər olsun ki, bəzi region ölkələri təkfirçi qrupların gələcəkdə onların özləri üçün yaradacaqları təhlükəni görmür və bu qrupları himayə etməkdə davam edirlər."

"Bəzi region ölkələri hazırda təkfirçi qrupları, onların Suriya və bəzi digər ölkələrdəki qırğın və cinayətlərini himayə edirlər. Lakin o qədər də uzaq olmayan gələcəkdə, bu qruplar bütün himayəçi ölkələrin canlarına bəla olacaqlar və nəticə etibarı ilə həmin ölkələr böyük xərclərlə onları aradan götürməyə məcbur olacaqlar" - deyə o, əlavə edib.

Daha sonra regiondakı vəziyyətdən danışan Ayətullah Seyid Əli Xamenei "Region ölkələrinin yaxınlığı və bir-birləri ilə sağlam əlaqələri bütün region üçün faydalıdır. Amma bu prinsipə riayət olunmazsa, region ölkələrinin ixtilaf və uzaqlıqları müştərək düşmənlərin şadlığına səbəb olacaq. İran İslam Respublikası daim region ölkələri ilə hörmətlə rəftar edibdir. Suriya hadisələri barədə də İran İslam Respublikası Suriya xalqının qəbul edəcəyi qərarı təsdiqləyəcəkdir." - deyib.


İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Küveytin əmiri Şeyx Səbah əl-Əhməd əl-Cabir əs-Səbah İmam Hüseynin (ə) mövlud günü münasibəti ilə təbrik edib və deyib: "Küveyt iki ölkə əlaqələrində yeni səhifə açmağa tam hazırdır və Tehran müzakirələrində də iqtisadi və ticari əlaqələr səviyyəsinin yüksəldilməsi üçün razılıq əldə olunub"

Küveyt əmiri İslam inqilabının rəhbərinin region ölkələri arasında birlik, həmrəylik və ifratçılıqla mübarizənin vacibliyinə dair sözlərini təsdiqləyərək, Küveytin İraqla da əlaqələrini son dərəcə yaxşı olduğunu deyib və iraqlı rəsmiləri Küveytin dostları adlandırıb.

"Suriyanın problemləri xalqın nəzəri, istəyi əsasında və dinc yollarla həll olunacaqdır" - deyə o, əlavə edib.

islamazeri.az
Müəllif: Admin | 3-06-2014, 16:34
Baxılıb: 490
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.