Göz dəymək barədə Quranda və hədislərdə. Göz dəyməkdən qorunmaq üçün dualar
Mьəllif: admin1
Tarix: 5-06-2021, 11:48
Göz dəymək barədə Quranda və hədislərdə. Göz dəyməkdən qorunmaq üçün dualar
“Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər!”. (“Qələm” 51).

Bu ayədən belə başa düşmək olur ki, göz dəymək həqiqətən də mövcuddur.

Başqa bir Quran ayəsində oxuyuruq: “Və (onları yola salarkən) dedi: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın.

Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız).

Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər»”. (“Yusif” 67).

Həzrət Yəqub (ə) qorxurdu ki, 11 oğlunu bir yerdə görsələr, onlara göz dəyər.

Göz dəyməyi hədislərimiz də təsdiq edir. Belə ki, “Nəhcul-bəlağə”də oxuyuruq: “Göz dəymək haqdır və onu dəf etmək üçün duaya təvəssül etmək də haqdır”.

İmam Sadiq (ə) buyurur: “Əgər qərar olsa ki, ölülərinizin qəbri sizin üçün açılsın, o zaman görəcəksiniz ki, sizin ölülərinizin çoxu göz dəydiyinə görə dünyadan gediblər. Həqiqətən göz dəymək həqiqətdir”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, mömin qardaşına baxar və ondan elə bir şey gözündə cilvələnər ki, onu heyrətləndirər, mütləq Böyük Allahı yada salmalı və deməlidir (“Allahu Əkbər”). Çünki göz dəymək - inkar edilməyən bir həqiqətdir”.

Bəs mübarizə yolları hansılardır?

İmam Sadiq (ə) buyurur: “Hər kəs “Cin” surəsini çoxlu oxuyarsa, heç vaxt göz dəyməyə, caduya, cin aldatmasına düçar olmaz”.

İmam Sadiq (ə) buyurur: “Göz dəyməsi haqdır və onun özündən özünə və özündən başqalarına təsirindən aman yoxdur. Ona görə də bu barədə nədənsə qorxsan, 3 dəfə de:

ما شاء اللَّه و لا حول و لا قوة الّا باللَّه العلى العظیم» “Məşəallah və lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”

İmam Rza (ə) buyurur: “Sehr və cadugərlik həqiqətdir və o, ziyan və zərər vurur. Nə zaman sehrə düçar olsan, əlini üzünün qarşısında qərar verib de:

باسم اللَّه العظیم، باسم اللَّه العظیم، رب العرش العظیم، الا ذهبت و انقرضت».

Göz dəymək də həqiqətdir. Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”) , “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək və Allah səni ondan qoruyacaqdır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930