Ayətullah Behcətin Ayətullah Xameneiyə tövsiyyə etdiyi dua
Mьəllif: admin1
Tarix: 22-05-2022, 10:44
Ayətullah Behcətin Ayətullah Xameneiyə tövsiyyə etdiyi dua
Ali dini rəhbər Ayətullahul-üzma Seyyid Əli Xameneinin rəsmi "khamenei.ir" saytı mərhum ustad Ayətullah Behcətin Ayətullah Xameneiyə oxumağı tövsiyə etdiyi bir duanı dərc edib. Böyük arif Ayətullah Bəhcet Ayətullahul-üzma Seyyid Əli Xameneiyə bu duanı oxumağı tövsiyə edib:
یا الله یا رحمان یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک


"Ya Allahu, ya Rahmənu, ya Rahim! Ya Muqəllibəl qulub! Səbbit qəlbi əla dinik"

"Ey Allah, ey Rəhimli, ey Bağışlayan, ey o Kəs ki, ürəkləri istədiyin tərəfə yönəldirsən! Qəlbimi öz dinində möhkəmlət!"

Ayətullah Behcət insanların ağıllarına gələ biləcək bir suala da cavab verir. Ağla gələ biləcək sual budur: "Ayətullah Xamenei kimi ömrünü dini xidmət və din yolunda mücadiləyə həsr etmiş birinin qəlbi zatən dində sabit deyilmi?".

İnsan hansı məqamda olursa-olsun onun qəlbi, imanı və dindarlığı olduğu nöqtədən tənəzzül etmək riski ilə üz-üzədir. Dolayısıyla bu duada Allahdan sahib olduğumuz iman və dindarlıqdan tənəzzül etməməyimiz istənilir.

Məhz bu zaman insan öz iman və dindarlığından həzz alır; yaşamaq şirin, ölüm asan olur. Bizim ən böyük sıxıntılarımızdan biri ölümdür. İmam Səccad (ə) bu xüsusda belə dua etmişdir:

امتنا مهتدین غیر ضالین، طائعین غیر مستکرهین غیر عاصین


"Allahım, bizi hidayət olunmuş şəkildə öldür, azmış şəkildə deyil; itaət edən şəkildə öldür, asi olan halda deyil!".

Bundan sonra anlayırıq ki, aqibət çox mühüm məsələdir.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930