Ayətullah Behcət: Duanı bu cür etsəniz, mütləq qəbul olacaq
Mьəllif: Admin
Tarix: 19-08-2022, 10:20
Ayətullah Behcət: Duanı bu cür etsəniz, mütləq qəbul olacaq
Sual: Duanı necə edək?

Cavab: Heç bir iş müqəddiməsiz və şərtsiz olmur. Əgər dua etmək istəyirsinizsə, həqiqətən Allahdan istəyib Ona əl açırsınızsa, bilin ki, bu işin bir sıra müqəddiməsi və hazırlığı var:

1. Allaha həmd-səna etmək, məqamını uca tutmaq. (Bir sözlə, Onu layiq olduğu şəkildə öyüb tərif etmək).

2. Günahlarını etiraf etmək, peşman olduğunu bildirmək. Bu iş təqribən tövbə həddində, yaxud tövbə ilə yanaşı olan bir əməldir.

3. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərmək. Çünki onlar feyz vasitəsidirlər.

4. Kövrəlmək və ağlamaq. Az da olsa gözdən yaş axıtmaq.

Bütün deyilənlərdən sonra isə diləyini istəmək. Bu halda dua hökmən qəbul olar.

Mənbə: Ayətullah Behcətin hüzurunda, səh.19


İslamazeri.com
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031