İmam Məhdinin (ə.f.) ziyarət duası
Mьəllif: admin1
Tarix: 24-03-2021, 20:51
İmam Məhdinin (ə.f.) ziyarət duası
İmam Hadi (ə) Allahla münacatında belə deyir:

اللّهُمَّ فَكَما وَفَّقتَني لِلإِيمانِ بِنَبِيِّكَ وَالتَّصديقِ لِدَعوَتِهِ، ومَنَنتَ عَلَيَّ بِطاعَتِهِ وَاتِّباعِ مِلَّتِهِ، وهَدَيتَني إلى مَعرِفَتِهِ ومَعرِفَةِ الأَئِمَّةِ مِن ذُرِّيَّتِهِ، وأكمَلتَ بِمَعرِفَتِهِمُ الإِيمانَ، وقَبِلتَ بِوَلايَتِهِم وطاعَتِهِمُ الأَعمالَ، وَاستَعبَدتَ بِالصَّلاةِ عَلَيهِم عِبادَكَ، وجَعَلتَهُم مِفتاحًا لِلدُّعاءِ وسَبَبًا لِلإِجابَةِ، فَصَلِّ عَلَيهِم أجمَعينَ وَاجعَلني بِهِم عِندَكَ وَجيهًا فِي الدُّنيا وَالآخِرَةِ ومِنَ المُقرَّبينَ... اللّهُمَّ أنجِز لَهُم وَعدَكَ، وطَهِّر بِسَيفِ قائِمِهِم أرضَكَ، وأقِم بِهِ حُدودَكَ المُعَطَّلَةَ وأحكامَكَ المُهمَلَةَ وَالمُبَدَّلَةَ، وأحيِ بِهِ القُلوبَ المَيتَةَ، وَاجمَع بِهِ الأَهواءَ المُتَفَرِّقَةَ، وَاجلُ بِهِ صَدَأَ الجَورِ عَن طَريقَتِكَ حَتّى يَظهَرَ الحَقُّ عَلى يَدَيهِ في أحسَنِ صورَتِهِ، ويَهلِكَ الباطِلُ وأهلُهُ بِنورِ دَولَتِهِ، ولا يَستَخفِيَ بِشَيءٍ مِنَ الحَقِّ مَخافَةَ أحَدٍ مِنَ الخَلقِ.


“İlahi, məni Peyğəmbərinə imanı, onun dəvətinin təsdiqini nəsib etdiyin, ona itaəti və ayininə tabe olmağı lütf etdiyin, onu və nəslindən olan imamları tanıtdırdığın, imanımı onları tanımaqla kamilləşdirdiyin, əməlləri onlara məhəbbət və itaət şərti ilə qəbul etdiyin, bəndələrin onlara salam və salavat göndərməyi ibadət saydığın, onları duaların açarı və qəbul meyarı təyin etdiyin kimi,

Səndən istəyirəm ki, onlara Öz salamını göndərəsən, məni dünya və axirətdə onların yanında üzüağ və onlara yaxın edəsən...

İlahi, onlara verdiyin vədi gerçəkləşdir, yer üzünü onların Qaiminin qılıncı ilə təmizlə, onun vasitəsilə unudulmuş qanunlarını, batmış və dəyişilmiş əhkamlarını bərpa et, onun bərəkətli vücudu ilə ölmüş qəlbləri dirilt,

pərakəndə olmuş istəkləri bir yerə bağla, zülmün cilovunu yerindən qopart ki, haqq onun əli ilə ən gözəl surətdə aşkar olsun, onun nurlu dövləti sayəsində batil və onun əhli məhv oldun, varlıqların qorxusundan heç kimə haqq və həqiqətdən bir şey gizli qalmasın (bütün haqq-həqiqət öz yerini alsın)!” (“Misbahuz-zair”, səh.480.)


Maide.az
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829