İmam Kazimin (ə) İmam Zaman (ə.f) haqqında duası
Mьəllif: admin1
Tarix: 6-02-2024, 10:37
İmam Kazimin (ə) İmam Zaman (ə.f) haqqında duası
أسأَلُكَ أن تُصَلَّيَ عَلى مُحَمَّدٍ عَبدِكَ ورَسولِكَ... اللّهُمَّ صَلِّ عَلى أهلِ بَيتِهِ أئِمَّةِ الهُدى، ومَصابيحِ الدُّجى، واُمَنائِكَ في خَلقِكَ، وأصفِيائِكَ مِن عِبادِكَ، وحُجَجِكَ في أرضِكَ، ومَنارِكَ في بِلادِكَ، الصّابِرينَ عَلى بَلائِكَ، الطّالِبينَ رِضاكَ، الموفينَ بِوَعدِكَ، غَيرَ شاكّينَ فيكَ ولا جاحِدينَ عِبادَتَكَ، وأولِيائِكَ، وسَلائِلِ‏أولِيائِكَ، وخُزّانِ عِلمِكَ، الَّذين جَعَلتَهُم مَفاتيحَ الهُدى، ونورَ مَصابيحِ الدُّجى، صَلَواتُكَ عَلَيهِم ورَحمَتُكَ ورِضوانُكُ.

اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وآلُ مُحَمَّدٍ، وعَلى مَنارِكَ في عِبادِكَ، الدّاعي إليكَ بِإِذنِكَ، القائِمِ بِأَمرِكَ، المُؤَدّي عَن رَسولِكَ عَلَيهِ وآلِهِ السَّلامُ.

اللّهُمَّ إذا أظهَرتَهُ فَأَنجِز لَهُ ما وَعَدتَهُ، وسُق إلَيهِ أصحابَهُ وَانصُرهُ، وقَوِّ ناصِريهِ، وبَلِّغهُ أفضَلَ أمَلِهِ، وأعطِهِ سُؤلَهُ، وجَدِّد بِهِ عَن مُحَمَّدٍ وأهلِ بَيتِهِ بَعدَ الذُّلِّ الَّذي قَد نَزَلَ بِهِم بَعدَ نَبِيِّكَ فَصاروا مَقتولينَ مَطرودينَ مُشَرَّدينَ خائِفينَ غَيرَ آمِنينَ. لَقوا في جَنبِكَ ـ ابتِغاءَ مَرضاتِكَ وطاعَتِكَ ـ الأَذى وَالتَّكذيبَ، فَصَبَروا عَلى ما أصابَهُم فيكَ، راضينَ بِذلِكَ، مُسَلِّمينَ لَكَ في جَميعِ ما وَرَدَ عَلَيهِم وما يَرِدُ إلَيهِم.

اللّهُمَّ عَجِّل فَرَجَ قائِمِهِم بِأَمرِكَ، وَانصُرهُ وَانصُر بِهِ دينَكَ الَّذي غُيِّرَ وبُدِّلَ، وجَدِّد بِهِ مَا امتَحى مِنهُ وبُدِّلَ بَعدَ نَبِيِّكَ (ص).


“İlahi! Səndən bəndən və peyğəmbərin Muhəmmədə salam-salavat göndərməyini təmənna edirəm!... İlahi! Onun Əhli-beytinə, hidayət rəhbərlərinə, qaranlığın çıraqlarına, məxluqatının arasındakı əminlərinə, seçilmiş bəndələrinə, yer üzünün “höccət”lərinə, şəhərlərini işıqlandıran çıraqlara, bəlalara səbir edənlərə, razılığını istəyənlərə, vədinə sadiq qalanlara, varlığına şəkk etməyənlərə, ibadətindən yayınmayanlara, dostlarına, dostlarının nəslinə, elminin xəzinədarlarına, hidayət açarlarına və qaranlıqlara nur təyin etdiyin kəslərə salavat göndər! Öz salamını, rəhmət və razılığını onlara lütf et!

İlahi! Muhəmməd və Muhəmmədin xanədanına, bəndələrinin arasındakı yolgöstərən çırağa, iznin ilə Sənə doğru dəvət edənə, əmrini və Peyğəmbərinin (ona və xanədanına salam olsun) göstərişlərini bərpa edənə (İmam Zamana) salam və salavat göndər!

İlahi! Onu aşkar etdiyin və vədin çatdığı zaman işlərini möhkəmləndir, dostlarını ona yönəlt, kömək et, aşiqlərinə qüvvət ver, onu ən yaxşı arzusuna çatdır, istəklərini bərpa qıl, onun vasitəsilə Muhəmməd peyğəmbərinin, ondan sonra bəla və zülmlərə məruz qalan, qətlə yetirilən, qovulan, sərgərdan qalan, qorxu keçirən, əmin-amanlıqdan uzaq olan, Sənin razılığın və itaətin uğrunda işkəncələrə dözən, təkzib edilən, lakin yolunda işkəncələrə səbir edən, razı olan, başlarına gələn və gələcək hər bir şeydə Sənə təslim olan Əhli-beytinin dinini dirilt!

İlahi! Əmrini bərpa edən onların Qaiminin gəlişini tezləşdir, ona yardım et, onun vasitəsilə dəyişilən və təhrifə məruz qalan dininə əncam yetir, Peyğəmbərindən sonra dinində dəyişilən və məhv edilənləri bərpa et!” (“Cəmalul-usbu”, səh.186.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930