Dua edən zaman niyə başqalarını özündən qabağa salmaq?
Mьəllif: admin1
Tarix: 27-10-2020, 21:56
Dua edən zaman niyə başqalarını özündən qabağa salmaq?
Başqaları haqqında dua etmək və dua zamanı başqalarının ehtiyacını və istəklərini qabağa salmaq – dua edən üçün çox faydalı əməldir.

Çünki belə etdiyi üçün Allah bəlanı ondan dəf edər. Onun ruzisini artırar və onun dualarını iki qat yerinə yetirər.

Həzrət Zəhra (s.ə) başqaları haqqında o qədər dua edərdi ki, sanki özü haqqında heç dua etməzdi. Ondan soruşan zaman ki, niyə başqaları üçün dua edirsən və niyə özün üçün dua etmirsən? Buyurardı ki, əvvəl qonşu, sonra ev.

Şübhəsiz ki, gecə namazının fəziləti də məhz bundadır ki, 40 nəfər üçün dua edirsən. Mömin başqalarına dua edən zaman kin və küdurət qəlbindən gedər və yerini mehribanlıq və kəramət alar.

Gəlin, bir-birimiz üçün dua edək və təkəbbürü kənara qoyaq.

Başqalarına dua edərək, öz duamızın dəyərini artıraq.

İmam Baqir (ə) buyurur: “Tez yerinə yetən dua – din qardaşı üçün edilən duadır ki, həm dua onun qaib olduğu zaman olar və həm də əvvəl onun üçün dua edər.

O zaman ona hakim olan mələk bu duaya “Amin!” deyər və dua edənə deyər ki, sənin üçün iki qatı olsun”.

İmam Sadiq (ə) buyurur: “Möminin, mömin üçün dua etməsi bəlanı ondan uzaq edər və ruzisini artırar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930