Neməti cəlb edər, ruzini artırar, amanda saxlayar – istiğfarın təsirləri
Mьəllif: admin1
Tarix: 16-09-2020, 21:25
Neməti cəlb edər, ruzini artırar, amanda saxlayar – istiğfarın təsirləri
İstiğfarın insan həyatına təsiri çox böyükdür. Mənəvi təsiri olduğu kimi, dünyada da təsirləri mövcuddur.

İstiğfar etmək insanı müsibətdən qoruyar və nemətləri ona tərəf cəlb edər. Ona görə də İslam alimləri buyurur ki, əgər bütün ömrün boyu istiğfar etsən, yaxşı olar.

Dini təlimlərdə oxuyuruq ki, əgər istiğfarının yerinə yetməsini istəyirsənsə, Əhli-Beytə (ə) təvəssül edin və onlardan istəyin ki, sizin üçün istiğfar etsinlər.

Məsumlar (ə) bizimlə Allah arasında vasitə olduqları üçün, onların etdikləri hər bir dua Allah qatında qəbul olar.

Ancaq Məsumlar (ə) hər insana görə istiğfar etməzlər. Hər kəs onların şəfaətinə layiq deyildir. Ancaq həqiqi möminlər onların şəfaətinə layiqdirlər.

Quran ayələri buyurur ki, əgər iki amil olmasaydı, Allah bütün günahkarları məhv edərdi. Bu hansı amillərdir?

“Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)”. (“Ənfal” 33).

Bu ayəyə əsasən, insanlar iki amilə görə amandadırlar. Biri – Məsumların (ə) varlığıdır. Biri isə möminlərin istiğfarıdır. Necə ki, Məsumların (ə) varlığı əzaba mane olar, eləcə də istiğfar əzabı dəf etmək gücünə malikdir.

İstiğfarın dünya təsirləri ilə tanış olaq:

1. İlahi əzabdan amanda olmaq. “İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı”. (“Kəhf” 55).

2. Qüdrət əldə edər. Hər kim istiğfar edər, həyatda qüdrətə malik olar.

3. Sərvətə malik olar. Hər kimin ruzi çətinliyi olar, istiğfar edərək sərvətə malik olar.

4. Övlada malik olar. Hər kimin övladı olmaz, Məsumlara (ə) təvəssül edərək istiğfar etsin və Allahın inayəti sayəsində övlad sahibi olacaqdır.

5. Allahın xüsusi rəhmətini əldə edər. Hər kim istiğfar edər, Allahın xüsusi rəhməti ona şamil olar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031