Göz dəyməsinin qarşısını almaq üçün təsirli yollar
Mьəllif: admin1
Tarix: 17-08-2020, 08:53
Göz dəyməsinin qarşısını almaq üçün təsirli yollar
Göz dəyməsi o mövzulardandır ki, həm Qurani-Kərim və həm də hədislərimiz ona xüsusi diqqət göstərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»”.

İmam Əli (ə) buyurur: “Göz dəyməsi həqiqətdir. Sehr də həqiqətdir”.

Bəzi alimlərin fikrinə görə insanların bəzisinin gözündə xüsusi energetik güc vardır ki, təsirə malikdir. Onu hətta təmrin vasitəsilə gücləndirmək olar.

Bəzi insanlarda bu energetik güc o qədər şiddətlidir ki, onun vasitəsilə əşyalar və ya insanlara təsir edə bilirlər. Onları hətta yıxa belə bilirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi insanı qəbirlik edər”.

İmam Sadiq (ə) buyurur: “Əgər qəbirləri açsalar, görəcəklər ki, sizin ölənlərinizin əksər hissəsi göz dəyməsindən ölüblər. Çünki gözün təsiri doğrudur”.

Göz dəyməsinin qarşısını almaq üçün dinimiz bir çox yollar tövsiyə etmişdir. O cümlədən:

1. Allahı yada salmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim müsəlmanın simasından razı olar, Allahı yada salsın. Çünki o zaman ki, Allahı yada salar, mömin qardaşına ziyan dəyməz”.

2. İmam Sadiq (ə) buyurur: “O kəsi ki, qardaşındakı şey təəccübləndirər, bu cümləni desin:

«تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِين»

"Təbərəkəllahu əhsənul-xaliqin".

Çünki, göz dəyməsi həqiqətdir”.

3. Bu zikri 3 dəfə demək:

لا حول و لا قوه الا بالله العلی العظیم

"Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim".

4. Təkbir (“Allahu Əkbər”) demək.

5. İmam Rza (ə) buyurur ki, “Həmd”, “Tövhid”, “Nas”, “Fələq”, “Ayətül-kürsü” surələrini yazıb yanınızda gəzdirin.

6. “Qələm” surəsinin 52-ci ayəsini oxumaq.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031