Bu şəxslərin duası qəbul olunmaz
Müəllif: Admin
Tarix: 16-07-2020, 23:53
Bu şəxslərin duası qəbul olunmaz
İmam Sadiq (ə) buyurmuşdur:

أَرْبَعَةٌ لَا تُسْتَجَابُ لَهُمْ دَعْوَةٌ

“Dörd zümrənin duası qəbul olunmaz:

رَجُلٌ جَالِسٌ فِي بَيْتِهِ يَقُولُ اللَّهُمَّ ارْزُقْنِي فَيُقَالُ لَهُ أَ لَمْ آمُرْكَ بِالطَّلَبِ

1. Evində oturub “İlahi, mənə ruzi ver!” – deyən şəxsin duası. Çünki ona (Allah tərəfindən) belə deyilər: “Sənə ruzi ardınca getmək əmri vermədimmi?”

وَ رَجُلٌ كَانَتْ لَهُ امْرَأَةٌ فَدَعَا عَلَيْهَا فَيُقَالُ لَهُ أَ لَمْ أَجْعَلْ أَمْرَهَا إِلَيْكَ؟

2. Öz arvadına (və onun şərindən qurtarmaq üçün) nifrin edən şəxsin duası. Çünki ona (Allah tərəfindən) belə deyilər: “Məgər onun işini (talağını) sənin ixtiyarına buraxmadımmı?”

وَ رَجُلٌ كَانَ لَهُ مَالٌ فَأَفْسَدَهُ فَيَقُولُ اللَّهُمَّ ارْزُقْنِي فَيُقَالُ لَهُ أَ لَمْ آمُرْكَ بِالِاقْتِصَادِ أَ لَمْ آمُرْكَ بِالْإِصْلَاح؟ ثُمَّ قَالَ وَ الَّذِينَ إِذ ا أَنـْفـَقـُوا لَمْ يُسْرِفُوا وَ لَمْ يَقْتُرُوا وَ كانَ بَيْنَ ذ لِكَ قَو اماً

3. Əlində olan mal-dövlətini tələf edib “İlahi, mənə ruzi ver!” – deyən şəxsin duası. Çünki ona (Allah tərəfindən) belə deyilər: “Sənə orta həddi gözləməyi (qənaətcil olmağı və israf etməməyi) əmr etmədimmi?

Sənə malını islah etmək (və düzgün xərcləmək) üçün əmr etmədimmi?” Sonra İmam Sadiq (ə) (dəlil olaraq) bu ayəni tilavət etdi: “(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər.” (“Furqan” surəsi, ayə 67.)

Qeyd:

İnfaqda və Allah yolunda xərc çəkməkdə orta hədd ən səciyyəvi xüsusiyyətlərdəndir. Onun ifrat tərəfi “israf”, təfrit tərəfi isə “xəsislik”dir ki, hər ikisi İslamda məzəmmət olunur.

Allahın həqiqi bəndələri malını Allah yolunda xərclədiyi zaman orta həddi gözləyərək nə israfa yol verir, nə də xəsislik edirlər. Bir gün İmam Sadiq (ə) yerdən bir ovuc çınqıl götürüb əlində sıxaraq buyurur: “Bu, xəsislikdir.” Sonra o biri əlini çınqılla doldurub elə açır ki, hamısı yerə tökülür.

Həzrət buyurur: “Bu da israfdır.” Üçüncü dəfə ovcunu doldurub bir qədər açdıqda, çınqıllardan yerə töküldüyü qədər də əlində qalır. Həzrət buyurur: “Bu, Qurani-Kərimdə buyurulan səxavət və orta həddir.” (“Nurus-səqəleyn”, c.4, səh.29.)

وَ رَجُلٌ كَانَ لَهُ مَالٌ فَأَدَانَهُ بِغَيْرِ بَيِّنَةٍ فَيُقَالُ لَهُ أَ لَمْ آمُرْكَ بِالشَّهَادَةِ؟!

4. Şahid tutmadan malını başqasına borc verən şəxsin duası. Çünki ona (Allah tərəfindən) belə deyilər: “Sənə (borc verəndə) şahid tutmağı əmr etmədimmi?” (“Üsuli-kafi”, c.4, səh.275, hədis 2.)

(Əgər bir şəxs borc aldığı pulu qaytarmasa və borc sahibi bu barədə əlini duyaya qaldırıb Allahdan çarə istəsə, əlbəttə, onun duası qəbul olunmayacaq. Ona görə ki, öz əli ilə çarəni aradan qaldırmış, malını sənədsiz və şahidsiz başqasına vermişdir.)



Maide.az
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31