Dua, nida və münacat arasındakı fərq
Müəllif: Admin
Tarix: 11-07-2020, 19:01
Dua, nida və münacat arasındakı fərq
“Dua” geniş və ümumi mənaya malikdir. Əgər bir şəxsi istər uzaqdan, istər yaxından, istər uca səslə, istər ahəstə, istər tanıyaraq, istər tanımadan çağırsalar, bu çağırış “dua” adlanır.

Lakin uca səslə çağırış “nida” adlanır. Nida edən insan uzaqdan və ya yaxından səsini çatdırmaq məqsədi ilə yox, sakitləşmək və ruhi təskinlik tapmaq üçün səsini ucaldır. (Demək, hər nida dua sayılır, amma hər dua nida sayılmır.)

“Şəbaniyyə” münacatında deyilir:

وَاسْمَعْ دُعائِي إذا دَعَوْتُكَ وَاسْمَعْ نِدائِي إِذا نادَيْتُكَ وَاقْبِلْ عَلَيَّ إِذا ناجَيْتُكَ

“Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit və Səninlə minacat etdikdə, məni qəbul et.”

Həzrət Musa (ə) Allah-Taalaya ərz edir:

أَقَرِیبٌ أَنْتَ مِنِّی فَأُناجِیک، أَمْ بَعِیدٌ فَأُنادِیک؛ فَأَوْحَی اللّه عزّوجلّ إِلَیهِ: یامُوسی! أَنَا جَلِیسُ مَنْ ذَکرَنِی

“Mənə yaxınsanmı ki, Səninlə münacat edim, yoxsa uzaqsansa, Səni səsləyim?” Allah-Taala vəhy etdi: “Ya Musa, Mən, Məni yad edən hər kəsin yanındayam.”” (“Biharul-ənvar”, c.13, səh.342, hədis 20.)

Başqalarının eşitməyəcəyi səslə kiminləsə danışmağa “münacat” deyilir. Əlbəttə, bəzən insan Allahla, bəzən isə Allah insanla münacat edir.

Allah-Taala buyurur: “Bəndəmin məqsədi yalnız mənim razılığım olsa onu sevərəm. Qaranlıq gecələrdə və sakit gündüzlərdə onunla münacat edərəm.” (“Merac” hədisi.)

Yəni bəndə elə tərzdə söhbət edir ki, Allahın onunla danışdığını anlayır. Lakin heç bir şəxs bu rabitədən xəbər tutmur. Bu növ rabitə Allahın bəndə ilə münacatı adlanır. (“Münacatın əzəməti” – (Şukuhe-nəcva), Ayətullah Misbah Yəzdi, səh.8-9.)

Maide.az
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31