Bu dua insanı dində sabitqədəm edər
Mьəllif: admin1
Tarix: 21-01-2023, 10:14
Bu dua insanı dində sabitqədəm edər
İnsanın qəlbi adətən iki tərəfdən birinə meyil edər ki, onlardan biri – yolunu azmaqdır, o birisi isə əqidəsində sabit qalmaqdır.

İnsanın Sirat yolundan azması – öz əməllərinin nəticəsinə görə baş verir. Ancaq sabitqədəm olmaq – insanın əməllərinə görə Allahın inayəti sayəsində baş verər. Allah bu bəndəsinin işlərini sahmana salar və onu dinində sabitqədəm saxlayar. Əgər kimsə qədəmini əyri qoyarsa, deməli nəfsani istəklərinin quludur.

Ali dini Rəhbər və Ayətullah Behcət qəlbin sabitqədəm olması və bu halda qalması üçün bizlərə nurani bir zikr təqdim ediblər ki, əgər insan onu hər gün çoxlu oxuyarsa, dində sabit qalar. Bu duanı digər böyük din alimləri də tövsiyə edirlər.

Ayətullah Behcət buyurur: “Bu duanı çoxlu oxuyun. İnsan qəlbi hansı təbəqədə olursa-olsun, hər an süqut edə bilər. Ona görə də bu dua insanın ali məqamdan süqut etməsinin qarşısını alır və insanın dinini şeytandan qoruyar”.

Duanın mətni belədir:

"Əl-Ğəriq" duası ("Suda qərq olanın" imdad çağırışı)
Ya Allahu, ya Rəhmanu, ya Rahim
يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
“Ya Allah! Ey Bağışlayan! Ey Mehriban!

Ya muqallibəl-qulub
يَا مُقَلِّبَ ٱلْقُلُوبِ
Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir!

Sabbit qalbi alə dinikə
ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ
Qəlbimi Sənin dinində sabit saxla!

Əhli-Beyt (ə) hədisləri arasında bu duanı “Əl-Ğəriq” adlandırırlar.

İmam Sadiq (ə) buyurur ki, tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz. Məgər o kəsdən başqa ki, “Ğəriq” duasını oxuyar.

İmamdan (ə) soruşurlar ki, bu dua necədir?

İmam (ə) buyurur:

“Ya Allah! Ey Bağışlayan! Ey Mehriban!

Ey qəlbləri dəyişdirən!

Qəlbimi Sənin dinində sabit saxla!”.

Nəql edirlər ki, Həzrət Peyğəmbərin (s) gün ərzində ən çox dediyi zikr – məhz bu dua idi. Əziz Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrət (s) ən çox hansı duanı deyərdi? O da bu duanı söyləyərdi.

İnsanın, ömrünün axır günlərinə qədər hansı halda olacağından xəbəri olmaz. Əgər bu duanı oxuyarsa, inşəallah ki, dinində sabit qalmasında şübhəsi olmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829