Dörd varlığın insan üçün duası
Mьəllif: admin1
Tarix: 27-07-2021, 10:29
Dörd varlığın insan üçün duası
İmam Sadiq (ə) buyurmuşdur: Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər:

1. Peyğəmbər (s);

2. Hurul-eyn;

3. Cənnət;

4. Cəhənnəm.

1. Hər kəs Peyğəmbərə (s) salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar (və o həzrət onun cavabını verər).

2. Hər kəs desə ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər və deyərlər: "Pərvərdigara, filan kəs Səndən bizi istəyir, bizi onunla evləndir”.

3. Hər kəs dua etsə ki, Pərvərdigara məni cənnətə daxil et, behişt onun səsini eşidər və deyər: "Pərvərdigara məndə onun üçün yer ayır”.

4. Hər kəs cəhənnəm atəşindən Allaha pənah aparsa, cəhənnəm deyər: "Pərvərdigara, ona pənah ver”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930