İmam Zeynul-Abidinin (ə) namaz və duası
Mьəllif: admin1
Tarix: 22-08-2022, 10:36
İmam Zeynul-Abidinin (ə) namaz və duası
İmam Zeynul-Abidin əleyhissalamın namazı

Dörd rükətdir və hər rükətdə "Həmd” surəsi bir dəfə, "İxlas” surəsi isə yüz dəfə oxunmalıdır.

İmam Zeynul-Abidin əleyhissalamın duası

Ərəbcə

يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ الْقَبِيحَ يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ يَا صَاحِبَ كُلِّ نَجْوَى يَا مُنْتَهَى كُلِّ شَكْوَى يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الرَّجَاءِ يَا مُبْتَدِئا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا يَا رَبَّنَا وَ سَيِّدَنَا وَ مَوْلانَا يَا غَايَةَ رَغْبَتِنَا أَسْأَلُكَ اللَّهُمَّ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

Oxunuşu

Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, ya mən ləm yua-xiz bil cərirəh, və ləm yəhtikis sitr, ya əziməl əfv, ya həsənət təcavuz, ya vasiəl məğfirəh, ya basitəl yədəyni bir rəhməh, ya sahibə kulli nəcva, ya muntəha kulli şəkva, ya kəriməs səfhi ya əzimər rəca, ya mubtədiən binniəmi qəblə istihqaqiha, ya rəbbəna və səyyidəna və məv-lana, ya ğayətə rəğbətina, əs`-əlukəllahummə ən tusəlliyə əla Muhəmədin və ali Muhəmməd.

Tərcüməsi

Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! Ey günaha görə cəzalandırmayan və günahkarların pərdəsini yırtmayan!

Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan!

Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, ey günahlardan keçən böyük və mehriban, ey ümid bəsləyənlərin böyük ümidi, ey haqqından qabaq nemətlər bağışlayan, ey bizim Rəbbimiz və sərvərimiz, ey istəklərimizin sonu!

İlahi, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən!

Kitabın adı: Məfatihul Cinan
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031