Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Mьəllif: admin1
Tarix: 4-12-2020, 12:47
Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Ərəbcə

بِاللهِِ اَخْرُجُ، وَ بِاللهِ اَدْخُلُ، وَ عَلَي اللهِ اَتَوَكَّلُ
اللَّهُمَّ افْتَحْ لي في وَجْهي هَذا بِخَيْرٍ، وَ اخْتِمْ لي بِخَيْرٍ، وَقِني شَرَّ كُلِّ دَابَّةٍ اَنْتَ آخِذٌ بِنَاصِيَتِهَا، اِنَّ رَبّي عَلَى صِرَاطٍ مُسْتَقيمٍ
بِسْمِ اللهِ، آمَنْتُ بِاللهِ، وَ تَوَكَّلْتُ عَلَي اللهِ
بِسْمِ اللهِ، حَسْبِيَ اللهُ، تَوَكَّلْتُ عَلَي اللهِ، اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ اُمُوري كُلِّهَا، وَ اَعُوذُ بِكَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الْآخِرَةِ
بِسْمِ اللهِ، تَوَكَّلْتُ عَلَي اللهِ، لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ، اللَّهُمَّ اِنّي اَسْئَلُكَ خَيْرَ مَا خَرَجْتُ لَهُ، وَ اَعُوذُبِكَ مِنْ شَرِّ مَا خَرَجْتُ لَهُ، اللَّهُمَّ اَوْسِعْ عَلَيَّ مِنْ فَضْلِكَ، وَ اَتْمِمْ عَلَيَّ نِعْمَتَكَ، وَاسْتَعْمِلْني في طَاعَتِكَ، وَاجْعَلْ رَغْبَتي فيمَا عِنْدَكَ، وَ تَوَفَّني عَلَى مِلَّتِكَ وَ مِلَّةِ رَسُولِكَ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، خَرَجْتُ بِحَوْلِ اللهِ وَ قُوَّتِهِ لا بِحَوْلٍ مِنّي، وَ لا قُوَّتي بَلْ بِحَوْلِكَ وَ قُوَّتِكَ يَا رَبِّ، مُتَعَرِّضاً لِرِزْقِكَ، فَاْتِني بِهِ في عَافِيَةٍ
اللَّهُمَّ احْفَظْني، وَاحْفَظْ مَا مَعِيَ، وَ سَلِّمْني وَ سَلِّمْ مَا مَعِيَ، وَ بَلِّغْني وَ بَلِّغْ مَا مَعِيَ بَلاغاً حَسَناً
بِسْمِ اللهِ، آمَنْتُ بِاللهِ، وَ تَوَكَّلْتُ عَلَي اللهِ، مَا شَاءَ اللهُ، لا حَوْلَ وَ لا قُوَّةَ اِلاََّ بِاللهِ

Oxunuşu

Billahi əxrucu və billahi əd-xulu və ələllahi ətəvəkkəl.

Əllahumməftəh li fi vəchi haza bixəyr, vəxtim li bixəyr, və qini şərrə kulli dabbətin əntə axizun binasiyətiha, innə rəbbi əla siratin mustəqim.

Bismillahi aməntu billahi və təvəkkəltu ələllah.

Bismillahi həsbiyəllah, tə-vəkkəltu ələllah, Əllahummə inni əs`əlukə xəyrə umuri kul-liha, və əuzu bikə min xizyid dunya və əzabil axirəh.

Bismillahi təvəkkəltu ələl-lah, la həvlə və la quvvətə illa billah, Əllahummə inni əs`ə-lukə xəyrə ma xərəctu ləh, və əuzu bikə min şərri ma xərəctu ləh, Əllahummə əvsi` ələyyə min fəzlik, və ətmim ələyyə ni`-mətək, vəstə`milni fi taətik, vəc`əl rəğbəti fima indək, və təvəffəni əla millətik, və milləti rəsulikə səlləllahu ələyhi və alih.

Bismillahir rəhmanir rəhim, xərəctu bihəvlillahi və quvvəti-hi la bihəvlin minni, və la quvvəti bəl bihəvlikə və quvvə-tikə ya rəbbi, mutəərrizən li-rizqik, fə`tini bihi fi afiyəh.

Əllahumməhfizni vəhfəz ma məi, və səllimni və səllim ma məi, və bəlliğni və bəlliğ ma məiyə bəlağən həsəna.

Bismillahi aməntu billah, və təvəkkəltu ələllahi ma şaəllah, la həvlə və la quvvətə illa bil-lah.

Tərcüməsi

Bu fəsil, səkkiz duadan ibarətdir:

İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: Öz evindən çıxıb başqa yerə getmək istəyən şəxs üç dəfə "Əllahu Əkbər”, üç dəfə
Allahın adı ilə çıxır, Allahın adı ilə daxil olur və Allaha təvəkkül edirəm.

Desin və sonra

İlahi, üzümü tutduğum tərəfi xeyrə aç, günümü xeyirlə bitir və məni ixtiyarı Sənin əlində olan hər bir heyvanın (canlının) şərindən qoru! Həqiqətən, mənim Rəbbim doğru yoldadır.

duasını oxusa, evə qayıdana qədər Allah taala ona zamin durar.

2. İmam Zeynəlabidindən (ə) nəql olunmuşdur ki, evinizdən çıxdığınız zaman deyin:

Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim.

3. İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs evdən çıxdığı zaman"

Allahın adı ilə! Allah mənə yetər. Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram!
duasını oxusa, Allah-Taala onun dünya və axirət işlərində olan qəm-qüssəsini aradan aparar.

4. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çıxdığığınız zaman belə deyin:

Allahın adı ilə! Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, Səndən ardınca getdiyim işin xeyrini istəyir və onun şərindən Sənə pənah aparıram! İlahi, mənə Öz lütf və mərhəmətini artır, nemətini tamamla, məni Öz itaətinlə məşğul et, dərgahında olanlara müştaq et, Sənin və Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqətində dünyadan apar!

5. İmam Rza (ə) buyurmuşdur: "Atam evdən çıxıb səfərə getmək istədikdə, bu sözləri deyərdi:

Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahın güc və qüdrəti ilə evdən çıxdım. Öz güc və qüdrətimlə yox, əksinə Sənin güc və qüdrətinlə evdən çıxdım. Ey Rəbbim, üzümü Sənin ruzinə doğru tutmuşam, onu afiyətlə mənə əta et!

6. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çölə çıxdıqda, on dəfə "İxlas” surəsini oxuyun, çünki Allah taala onu oxuyan şəxsi öz evinə qayıdana qədər qoruyub saxlayar.

7. İmam Kazim (ə) buyurmuşdur: "Səfərə getmək istəsəniz, evin qapısının kandarında durub "Həmd” surəsini dörd tərəfinizə oxuyun. Həmçinin "İxlas”, "Fələq” və "Nas” surələrini oxuduqdan sonra belə deyin:

İlahi, məni və mənimlə birgə olanları qoru, məni və mənimlə birgə olanları salamat saxla və məni və mənimlə birgə olanları gözəl şəkildə məqsədə çatdır!

8. Yenə də o həzrətdən belə nəql olunmuşdur: "Hər kəs evdən kənara getmək istəsə, belə desin:

Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim. Allahın istədiyi mütləq gerçəkləşir. Allahdan başqa güc və qüdrət yoxdur.

Kitabın adı: Məfatihul Cinan
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031