İşin asanlaşması üçün dua
Mьəllif: admin1
Tarix: 18-03-2023, 20:18
İşin asanlaşması üçün dua
Axund molla Muhəmməd Sadiq Əraqi həddindən artıq ağır həyat sürürdü. Onun heç bir işi düz gətirmir və işləri çətinliklə yoluna düşürdü.

Axund günlərin bir günü yuxuda İmam Zamanı (ə) görür ki, bir xeymədə səccadənin üstündə əyləşib, dua və Quran oxumaqla məşğuldur.

Axund ona salam verib, başına gələnləri onun üçün danışdı. Həzrət ona işlərin asan olması, həmçinin ruzisinin artması üçün bir dua öyrətdi. Həzrətin Axunda öyrətdiyi dua üç şeydir.

1. Dan yeri söküldükdən sonra əlini sinəsinə qoyub 70 dəfə desin <<Ya Fəttah>>

2. Kafi kitabında nəql olunmuş duanı oxumaq, (Bu duanı həzrət Rəsuli Əkrəm (s) öz səhabələrindən birinə təlim etmişdir.)

La həvlə və la quvvətə illa billahi təvəkkəltu ələl-həyyi la yəmutu vəl-həmdulillahilləzi la yəmutu vəlhəmdulillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulki və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira.

Duanın tərcüməsi


Allahdan başqa heç qudrət və quvvət yoxdur. Təvəkkül etdim, həmişə diri və heç vaxt ölməz Allaha. Bütün həmdlər heç vaxt ölməz Allaha məxsusdur. Bütün həmdlər doğmayan, doğulmayan, mülkündə şəriki olmayan, əzəli qüdrətinin heç kimə ehtiyacı olmayan Allaha məxsusdur və mən ona təkbir deyib, böyük bilirəm.

3. Sübh namazından sonra İmam Rza (ə)-dan nəql olunmuş duanı oxumaq. Bu duanı oxuyub hacətini Allah-təaladan diləyən şəxsin işləri asanlaşar.

Bismillahi və səlləllahu əla Muhəmmədin və əla Muhəmmədin və alih və ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil-ibadi fəvəqahulllahu səyyiati ma məkəru la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin.

Fəstəcəbna ləhu və nəccəynahu inəl-ğəmmi və kəzalikə nuncil-mumininə həsbunəllahu və niməl-vəkil fəənqələbu binimətin minəllahi və fəzlin ləm yəmsəshum suun ma şaəllahu la həvlə və la quvvətə illa billahi ma şaəllahu la ma şa ənnasu ma şaəllhu və in kərrihənnasu həsbiyər-rəbbu minəl-mərbubinə həsbiyəl-xaliqu minəl-məxluqinə həsbiyər-raziqu minəl-mərzuqin həsbiyəllahu rəbbul-aləmin həsbi mən huvə həsbi həsbi mən kanə muzkuntu ləm yəzil həsbi həsbiyəllahu la ilahə illah huvə ələyhi təvəkkəltu və huvə rəbbul-ərşil-əzim.

Duanın tərcüməsi


Allahın adı ilə, Allahın salamı Muhəmməd və ali Muhammədə olsun. İşlərimi Allahın öhdəsinə qoyuram. Həqiqətən Allah bəndələrinə bəsirdir. (Bəndələrini görür.) Allah-təala hiyləgərlərin pisliyindən saxlayır. Səndən başqa bir məbud yoxdur. Sən münəzzəhsən (pisliklərdən paksan) mən zalımlardanam. Biz (Allah) onun dəvətini qəbul etdik.

Onu qəm-qüssə dəryasından nicat verdik. Həmçinin möminlərə nicat verənik. Allah-təala bizim üçün kifayətdir və bizim üçün ən yaxşı vəkildir. Allah tərəfindən elə nemət və fəzl çatacaq ki, daha onları heç bir pisliklər ləms etməyəcək və Allah istəyən olacaq. Allahın qüdrətindən başqa heç bir qüdrət və qüvvət yoxdur.

Allah istəyən olacaq bəndələr istəyən yox. Bəndələrin meylinin xilafına olaraq (bəndələr istəməsələrdə) Allah istəyən olacaq. Əzabların arasına Allah-təala mənim üçün kifayətdir. Aləmlərin Allahı mənim üçün kifayətdir.

Mənə kifayət edən mənim üçün kifayətdir. Mənim üçün kifayətdir nə qədər ki, varam (yaşayıram) və o heç vaxt aradan getməz. Mənim kifayətdir o Allah ki, ondan başqa bir Məbud yoxdur. O Məbuda təvəkkül etdim və o əzəmətli ərşin Rəbbidir.


Mənbə: "Şəfa duaları" kitabı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930