Evi mənfi energetikadan necə təmizləməli?
Mьəllif: admin1
Tarix: 12-05-2022, 22:04
Bцlmə: Bilirsinizmi?
Evi mənfi energetikadan necə təmizləməli?
Boşuna deyilməyib ki:” Mənim evim mənim qalamdır”. Ya da “Doğma yuvamda mənə divarlar da kömək edir”.

Əgər sizə evnizdə nəsə bir şeylər narahatçılıq verirsə, ruhunuz öz doğma yuvanızda dinclik tapmırsa, deməli artıq orada enerji təmizliyinə başlamağın vaxtı çatıb.
Mübahisələrin, üzlərindən həsəd tökülən qonaqların və ən nəhayət pis niyyət insanların ətrafa səpələdiyi mənfi enerjilər az qala divarlarınıza, nəfəsinizə çökür, sizə sakitlik vermir, ürəyinizə yersiz həyəcan, yuxularınıza narahatlıq verir.

Elə isə başlamağın zamanıdır. ilk öncə şam yandırın. Evin bütün künclərində günlərlə, mümkünsə həftələrlə şam yandırın. Alov digər bir aləmin qaranlıq varlığını oradan uzaqlaşdıracaqdır. Məhz evin künc-bucaqları mənfi enerjini özündə toplayır. Hətta şamı buxarla əvəzləsəniz onun xoş qoxusundan da zövq ala bilərsiniz.

Güzgüləri təmizləyərək də siz mənfi enerjidən azad olar bilərsiniz. Məhz güzgü mənfi enerjini seçıb özünə çəkə bilir.

Neqativ enerji saçan yerlərə bir stəkan su qoyub, onu səhər qalxan kimi evin kandarına səpə bilərsiniz. Həmin suya (pirlərdən və ya digər müqəddəs yerlərdən gəlməsi vacib deyil) gümüş bir əşya və ya yumurta qoymaq mümkündür ki, bu da sizə enerji təmizliyində yardımçı ola bilər.

Yalnız bu işləri yerinə yetirməklə biz işimizi bitmiş hesab edə bilmərik. Özümüzü də dəyişdirməyə can atmalıyıq. Əgər evimizdə o müsbət enerjili auranı yaratmaq istəyiriksə, sözlərimizə, hərəkətimizə fikir verməliyik. Çünki bizim mənfi emosiyalarımız yalnız qarşımızdakı insana deyil, evin divarlarına, mebellərinə , şəkillərinə hətta çiçəklərinə də hopur.

Yatmazdan öncə qətiyyən əsəbləşməyin. Unutmayın ki, gecələr yalnız istirahət üçün deyil, həm də proqramlaşmaq üçün lazımdır. Maraqlı kitablarla, şən filmlərlə və xoş musiqilərlə pis əhval-ruhiyyəni neytralaşdırın.

Xüsusilə lazımsız əşyalardan və xatirələrdən qurtulun. O şeylər ki öz mənfi enerjiləri ilə sizə itirdiyiniz əzizinizi və ya uğursuzluqlarınızı xatırladırlar. Əgər həmin əşyaları bir il müddətində istifadə etməmisinizsə, deməli dəqiq sizə lazım deyillər- tullayın!

Halınız qarışarkən çay üzərindən körpü ilə keçmək və ya balaca su bərələri boyunca gəzmək belə sizi sakitləşdirə bilər. Yəni, bizdə bayramlarda olduğu kimi, axar suyun üstündən hoppanmaq. Çünki axar su insandakı bütün mənfi enerjini, paxılığı, həsədi çəkib çıxara bilir.

Xüsusi evlərdə həyətyanı divarlara köhnə ayaqqabıların asılmağında çoxlu fayda vardır. Onlar ilk gələn enerji zərbəsini qarşıya bilirlər. Bina evlərinin dəhlizindən isə toxunma çarıqlar asmaq olar. Əgər şəhər evində yaşayırsınızsa, ekzotik həsir şəpitlər alıb divardan asa bilərsiniz. Kənd evində yaşayırsınızsa, divardan köhnə əsgər çəkməsi da asmaq olar.

Unutmayın ki, evimiz və ya mənzilimiz bizim işdən sonra gəlib yeyib-yatdığımız yer deyil, həmçinin bizim ərazimiz və məkanımızdır. Biz ona nəyi veririksə, o onu bizə əks etdirir. Biz evə öz enerjimizi, o isə cavab olaraq öz enerjisini bizə yoluxdurur.

Boşuna deyilməyib ki:” Mənim evim mənim qalamdır”. Ya da “Doğma yuvamda mənə divarlar da kömək edir”. Ona görə illərdən bəri toplanan köhnə şeylərdən və keçmişin yüklərlərindən qurtulun. Yeni bir gələcək üçün dünənin səhifəsini qapadın.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930