Bəşəriyyəti təhdid edən təhlükə
Mьəllif: admin1
Tarix: 16-04-2014, 18:21
Bцlmə: Bilirsinizmi?
Bəşəriyyəti təhdid edən təhlükə


Sizə təqdim edəcəyim məqalə rusiyalı professor Vladimir Jdanovun mühazirəsinə istinadla hazırlanıb. “Rusiyaya qarşı alkaqol və narkotik terroru” adlanan mühazirədə səslənən fikirlər mənim də diqqətimi çəkdi. Auditoriya qarşısında çıxış edən professor hazırda dünyada gedən bir sıra siyasi proseslərin təsadüf olmadığını və düşünülmüş plan əsasında həyata keçirildiyini vurğulayır. Professorun fikrincə, həmin planın Rusiya ilə bağlı hissəsində bu ölkəyə qarşı silah kimi məhz alkoqol və narkotikdən istifadə edilir. Mühazirənin mətni qısa ixtisarlarla diqqətinizə çatdırırıq:


Hitlerin planı indi də işləyir
“ Alkoqol bu gün üçün ən təhlükəli silahlardan biridir. O bütöv xalqları yer üzündən silməyə qadirdir. Məhz alkoqolun köməkliyi ilə 40 il ərzində Şimali Amerikanın hindularının demək olar ki, kökü kəsildi. Biz tarixin dərslərindən nəticə çıxarmalıyıq. Alkoqol və tütünün kütləvi qırğın silahı gücündə olduğunu “dünya ağalığına” iddialı olan bütün dövlətlər bilirlər. Bunu hətta Hitler də bilirdi. Hitler 1942-cı ildə Şərqin işğal siyasətinin mahiyyətini üç cümlə ilə ifadə etmişdi: “Slavyanları elə səviyyəyə endirməliyik ki, onlar öz aralarında jestlərlə danışmağa məcbur olsunlar. Antisanitar şəraitdə yaşasınlar. Yalnız içki və tütün barəsində düşünsünlər”. Hitler nə istədiyini gözəl bilirdi. O, gözəl anlayırdı ki, içki və tütün ona düşmən olan slavyanları bir nəsil sonra tamamilə onun üçün təhlükəsiz səviyyəyə gətirəcək.

Bu gün Hitler olmasa da, onun siyasəti Rusiyaya qarşı tətbiq olunur. Hazırda Novosibirskdə bütün iri zavod və fabriklər məhv edilib. Bu vilayətdə ötən müddət ərzində istehsalını 4 dəfə artıran yeganə müəssisə şərab zavodudur.


Dünyanı 300 ailə idarə edir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, palkovnik Con Kolman yazdığı “Komitet 300” kitabında bir sıra reallıqlara aydınlıq gətirir. Otuz il müddətində dünyanın idarəedilməsinin gizlin mexanizimlərini öyrənən palkovnik kitabında belə bir nəticəyə gəlib ki, qlobal prosesləri dünyadakı 300 ən varlı ailə idarə edir. Kolman bildirir ki, bir-biriylə uzun müddətdir ki, əməkdaşlıq edən bu ailələri eyni zamanda masson telləri də bağlayır. Bu ailələr müəyyənləşdirdiyi dünya siyasətini “G8”in vasitəsiylə həyata keçirirlər. Kitabda vurğulanır ki, məhz “Komitet 300” 1970-ci illərdə nəticəsi şok edən araşdırmaya imza atıb. Məlum olub ki, dünyadakı təbii ehtiyatlar məhdud olduğundan onlar 3-cü minillikdə əhalisi durmadan artan dünyaya yetməyəcək. Və insanlığın ehtiyacsız yaşaması üçün əhalinin 1 milyarda qədər azaldılması vacibdir. Məhz bu zaman “Komitə 300” “Qızıl milyard” fərziyəsini irəli sürür. Həmin fərziyəyə görə 1970-2070 – illər arasında dünya əhalisinin sayı 1 milyarda qədər azaldılmalıdır. Yerdə qalan 5 milyard əhali isə məhv olunmalıdır. Əhalisi həmin “Qızıl milyard”a aid olan ölkələrin siyahısı isə belədir. ABŞ, Kanada, Qərbi Avropa ölkələri, İsrail və Yaponiya.


Müsəlmanlar müharibələrlə yox ediləcək
Bütün bunlardan sonra dünya əhalisinin kütləvi şəkildə məhv olunması istiqamətində addımlar başlanıldı. Gözlənilmədən 1970 – illərdə Afrika QİÇS virusundan əziyyət çəkməyə başladı. Hazırda Afrika əhalisinin 20 faizi QİÇSƏ yoluxub. Bu baxımdan son zamanlar müxtəlif ölümcül virusların baş qaldırması təsadüfü deyil. Məlumatlara görə, Afrikanın əhalisinin məjz QİÇS və aclıqla məhvi daha realdır. Şimalda yaşayan xalqları isə alkoqol və tütünlə sıradan çıxarmaq nəzərdə tutulub. İçki və digər ziyanlı vərdişlərdən uzaq olan müsəlman xalqlarını isə sadəcə olaraq müharibələrlə yox etmək planlaşdırılır.

Bəzi faktlara görə 2001 sentyabrın 11- də “əkiz qüllələr”ə olan hücum əvvəlcədən planlaşdırılmışdı. Əgər hadisə baş verən zaman ilkin informasiyalarda 9000 nəfərin həlak olduğu bildirilirdisə, sonradan bu rəqəm 1500 nəfər oldu ki, onların da 600 – ü polis və yanğın söndürənlər olub. Onlar da həmin gün “əkiz qüllələr”ə gəlməyə vadar edən xidməti borc olub. Dünya Ticarət Mərkəzində yalnız 900 nəfərin həlak olması qəribə deyilmi? Bəzi informasiyalara görə “əkiz qüllələr”ə hücum olmamışdan öncə bu barədə məlumat massonların gizlin kanalları ilə müvafiq strukturlara ötürülüb. Bu barədə məlumat bəzi KİV-də hətta dərc olunub. Bundan başqa terrordan əvvəl binadan bahalı texnikanın, qızıl və zinət əşyalarının çıxarıldığı barədə də məlumat var. Binalarda ölənlər yalnız xidməti personala daxil olan şəxslərdir. Məhz bu hadisədən sonra dünyadakı siyasi proseslər köklü sürətdə dəyişdi. “Terrozimlə mübarizə” şüarı altında ABŞ Əfqanıstanı, İraqı ələ keçirdi”.

Əmir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930