Milyonlarla iranlı Əqsa məscidinə dəstək üçün meydanlara axışdı (Fotolar) Mənbə : İslamazeri
Mьəllif: admin1
Tarix: 20-09-2015, 11:43
Bцlmə: ---
Milyonlarla iranlı Əqsa məscidinə dəstək üçün meydanlara axışdı (Fotolar) Mənbə : İslamazeri

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, İran xalqı cümə namazından sonra İsrail rejiminə qarşı etiraz aksiyası təşkil edib. İranlıların cümə namazından sonra sionist rejimə qarşı təşkil etdikləri aksiyada işğalçıların müsəlmanların ilk qibləsi olan Əqsa məscidinə etdiyi basqınlara etiraz edilərək bu cür alçaq hərəkətlərin dərhal dayandırılması tələb edilib. Tehranla yanaşı, İsfahan, Məşhəd, Bircənd, Şiraz, Təbriz, Yəzd, Kirmanşah, Sarı, Qəzvin və Ərdəbil kimi əyalətlərdə də sionist rejiminə qarşı mitinqlər keçirilib. Mitinqlərdə "Rədd olsun İsrail!" və "Rədd olsun Amerika!" şüarları səsləndirən iranlılar İranın məzlum Fələstinin xalqının yanında olduğunu bildirib. Qeyd edək ki, son günlərdə Əqsa məscidinə sionist qüvvələr tərəfindən təşkil olunan hücumlarda bir çox fələstinli ağır yaralanmışdı.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31