Şuşanın ermənilər tərəfindən işğal olunmasından 22 il keçdi
Mьəllif: admin1
Tarix: 8-05-2014, 00:42
Bцlmə: Xəbərlər » Qafqaz
Şuşanın ermənilər tərəfindən işğal olunmasından 22 il keçdi
Bu gün Şuşanın işğalından 22 il ötür
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki (əməli) qoparılmasına nail oldular.
Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 22 ildir yağı tapdağı altındadır. Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr (kilometr murəbbə), əhalisinin sayı 241 165 nəfər idi. Rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi.
Erməni silahlı dəstələri tərəfindən işğaldan əvvəl rayonda 120-dən çox idarə və müəssisə fəaliyyət göstərirdi. Şuşa müxtəlif növ tikinti materialı yataqları və mineral (mə'dəni) su bulaqları ilə zəngin idi. Turşsu və Şırlan bulaqları təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində məşhur idi.
İşğaldan sonra rayonun (məntəqə, şəhər) təbii sərvətləri ermənilər tərəfindən talanıb.Azərbaycanın alınmaz qalası hesab olunan Şuşanın işğalından sonra digər rayonlarımızın işğalı üçün zəmin yarandı. Bir-birinin ardınca Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tapdağı altına düşdü. Əsrlər boyu babalarımızdan bizə miras qalan torpaqlarımızın ən gözəl guşələri bu gün düşmən tapdağı altında inləyir. İnanırıq ki, Şuşa şəhəri də daxil olmaqla işğal altında olan digər torpaqlarımız da erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar.
Qeyd edək ki, Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. 60 nəfərə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb. Onların bir çoxu bu günə qədər azad olunmayıb.

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930