Xurafatla mübarizə aparmaq lazımdır
Mьəllif: admin1
Tarix: 17-03-2016, 11:41
Bцlmə: Xəbərlər
Xurafatla mübarizə aparmaq lazımdır
Ayətullah Məkarim Şirazi bir sıra ictimai fəallar və elmi – mədəni qrumların üzvləri ilə görüşüb.

Alim görüşdə deyib: Bu gün siyasətbazlar yaxşı başa düşüblər ki, zühur və mehdiçilk mövzusu sui - istifadə etmək üçün əlverişli məsələlərdəndir, buna görə də, həmin sahələrdə firqələr yaradır və tərəfdarlar cəlb edirlər.

“Həzrət Mehdinin (ə) zühurundan qabaq baş verəcək hadisələr, nişanə və əlamətlər hədislərdə qəti şəkildə göstərilir”, - deyə Ayətullah Məkarim Şirazi zühur dövründən sonra baş verəcək hadisələr barədə araşdırmaların hələ kifayət etmədiyini bildirdi: Hələ bu sahədə geniş araşdırmalar aparılmayıb.

Ayətullah qeyd etdi ki, zühur dövründən sonrakı dönəm, Həzrət Mehdinin (ə) quracağı dövlət və cəmiyyətin həyatı, ricət, Həzrət Mehdinin (ə) ömrü və s... mövzular xüsusi əhəmiyyət və önəm kəsb edir. Lakin bu gün onlarda qaranlıq məqamlar çoxdur. Bu sahədə lazımı araşdırmalar, elmi tədqiqatlar aparılmalıdır.

O “bu sahədə ehtiyatla addım atmağın” gərəkliyini söyləyərək bunun səbəbini də bəyan etdi: “Bu seyrək nurlu yolu ehtiyatla işıqlandırmaq lazımdır ki, mədəniyyətimizə bir zərbə toxundurmasın”.

Ayətullah Məkar Şirazi görüşdə bildirdi ki, məhdəviyyət məsələsi yalançı mehdilər, saxta mehdiçilik iddiası edənlərlə yanaşı xurafat və mövhumatla da qatışdırılıb. Xurafatı təmizləmək asan iş deyildir. Çünki bu xurafatlar artıq ürəyə oturub, ona qəlb bağlayıblar və bu fikirlərlə də yaşayırlar.shabestan.ir\


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930