Ərəbistan Şeyx Nəmri edam etdi
Mьəllif: admin1
Tarix: 2-01-2016, 12:31
Bцlmə: Xəbərlər
Ərəbistan Şeyx Nəmri edam etdi
Ərəbistanın Daxili İşlər Nazirliyi bu ölkə şiələrinin mənəvi lideri Şeyx Nəmr Baqir əl-Nəmr barədə çıxarılan edam hökmünün icra edildiyini bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü bir bəyanat yayaraq, Ərəbistan şiələrinin mənəvi lideri sayılan Şeyx Nəmər Baqir əl-Nəmər və daha 46 nəfər haqda çıxarılan edam hökmünün icra edilməsindən xəbər verib.

Şeyx Nəmər 2012-ci ilin iyul ayında, şiə sakinli Qətif məntəqəsində Ali-Səur rejiminə qarşı 2011-ci ildən başlanan etirazların genişlənməsinin ardınca təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək, həbs edilmişdi. 4 güllə yarası alan Şeyx Nəmr o zamandan bəri lazımi tibbi yardımlar göstərilmədən, ağır şəraitdə həbs həyatı yaşayırdı.

Ərəbistan rəsmilərinin Şeyx Nəmrdin müalicəsinə icazə verməmələri, onun yaralarının ağırlaşmasına səbəb olmuşdu.

Ərəbistan məhkəməsi 2014-cü ilin oktyabrında Şeyx Nəmr Baqir əl-Nəmr barədə edam hökmü çıxartmışdı.



sahartv.ir
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031