Nigeriyada vəhhabi fitnəsi və Şeyx Zəkzakinin naməlum taleyi
Mьəllif: admin1
Tarix: 24-12-2015, 09:23
Bцlmə: Xəbərlər
Nigeriyada vəhhabi fitnəsi və Şeyx Zəkzakinin naməlum taleyi
Nigeriya İslam Hərəkatının bir üzvü deyib: Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin taleyi naməlum olaraq qalmaqda davam edir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin Ərəb dilində verilişlər yayımlayan radiosunun verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının üzvlərindən olan Şeyx Yaqub Yəhya bu ölkə hökumətinin Şeyx İbrahim Zəkzakinin məhkəməyə köçürülməsi ilə bağlı açıqlamasını təkzib edərək, deyib: Bu kimi şayiələrin yayılmasında məqsəd ictimaiyyəti aldatmaq və Nigeriya hökumətinin çirkin niyyəti ilə bağlı həqiqətləri gizlətməkdir.

Şeyx Yaqub Yəhya həmçinin, Nigeriyada vəhhabilik fitnəsi barədə deyib: Vəhhabilər Nigeriyada Əhl Beyt(ə) davamçılarına qarşı hərtərəfli bir savaş açıblar və hal hazırda 3 peyk telekanalı və bir radio onların təfəkkürlərini təbliğ etməklə məşğuldur. Bu 3 telekanal və 1 radio şiələr əleyhinə təbliğat aparmaqla məşğuldur. Amma, Allahın köməkliyi ilə bütün bu fitnələrə rəğmən İslam dini Afrikada sürətlə genişlənir.

Şeyx Yəqub Yəhya əlavə edib: Vəhhabilik və sionizm əl-ələ verərək, Afrika qitəsində zəhərli təbliğatlar aparır və gəncləri, ziyalıları yanlış yola sürükləməyə çalışırlar. Amma, onlar buna nail ola bilməyəcəklər. Çünki, Ərəbistanın ABŞ və İsrail rejiminin adından İslam dini və müsəlmanların simasını ləkələməyə çalışdığı artıq hər kəsə aydın olub.

O, həmçinin deyib: Ərəbistan hökuməti və vəhhabilər ABŞ və sionistlərə xidmət etməklə imperialist dövlətlərin dəstəyini əldə etməyə, öz hakimiyyətlərini qorumağa çalışırlar. Əslində, Ali-Səud ailəsi öz hökmranlığını davam etdirmək, ABŞ və İsrail isə İslam ölkələrinin nefti və qazını qarət etmək niyyətindədirlər.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031