Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma
Mьəllif: admin1
Tarix: 15-11-2019, 20:52
Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma
Eduardo Agnelli 1954-cü ilin iyunun 9-da Nyu-Yorkda anadan olub. Atlantik Kollecində təhsilini başa vurduqdan sonra müasir ədəbiyyat və şərq fəlsəfəsi sahəsində təhsilinə davam etmək üçün Prinston Universitetinə daxil olub. Universitet həyatı bitdikdən sonra şərq dinlərini araşdırmaq üçün Hindistan və İrana gedib.İran səyahəti zamanı müsəlmanlığı qəbul edərək şiəliyi seçdi.

Eduardonun atası senator Covanni Agnelli İtaliyanın ən zəngin və nüfuzlu insanlarından sayılıb. İtaliya mediasında Agnellinin ailəsinin sərvəti İtaliya Kral ailəsi olaraq adlandırılmışdı.

Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma


İqtisadiyyat mütəxəssisləri Agnelli ailəsinin illik gəlirini 60 milyard dollar civarında hesablayıblar.

Eduardo və İslam

Eduardo Nyu York Prinston Universitetinin Din fəlsəfəsi fakultəsinin tələbəsi olub. O, İncil və Tövratı oxumuşdu, lakin bu onu qane etmirdi.20 yaşında ikən təsadüfən kitabxanada əlinə Qurani-Kərim keçir. Qurandan bir neçə ayə oxuyan Eduard özünü tam başqa bir aləmdə hiss edir. Ayələri ingilis dilində oxudu bə çox təsirləndi. Kitabı daha çox başa düşmək üçün araşdırmaya başlayır. Eduardo Nyu-yorkda bir İslam Mərkəzinə müraciət edərək müsəlaman olmaq istədiyini bildirir. O, Dr. Qədir Ebyani ilə müsahibəsindən sonra şiəliyi qəbul edir və adını dəyişərək Mehdi qoyur.

Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma


O, imam Xomeyni ilə müsahibəsində onun son dərəcə sadə həyatına və mənəviyyatına heyran olur və bu əlaqə onun həyat tərzini dəyişir.

Eduardonun ən yaxın dostu Hüseyn Abdullah qeyd edib ki, ailəsi tərəfindən ona inanılmaz təzyiqlər olunub. O cür zəngin ailənin oğlu hətda taksiyə minəcək qədər belə pulu olmayıb.

Agnelli ailəsi üçün övladının İslam dinini seçməsi çox ağır idi. İslami tərk etmək üçün onu ailə irsindən məhrum etdilər. Amma o İslamı tərk etmədi.

İntihar yoxsa şəhadət

Eduardo İtaliyanın ən böyük kapitalistlərindən olan Angelli ailəsinin oğlu idi. O, xüsusilə İtaliyada Salman Rüştüyə(Hind əsilli ingilis yazıçısı.1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasındaqadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.) qarşı fəaliyyət göstərib. Sionistlərin Fələstin işğalını pisləyib. Hətta bu iş üçün İtaliya prezidenti və baş nazir ilə telefonla danışıq aparıb.

Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma


2000-ci il noyabr ayının 15-i General Franko adına körpünün üstündə Eduardoya məxsus avtomobilin qapılarının açıq halda olduğunu görən "Fiat” şirkətinin işçilərindən biri maşınından düşür. Eduardonun maşınına yaxınlaşır.

Maşında heç kəsin olmadığını görəndə maraq və həyəcanla yaxınlıqdakı maşın təmiri məntəqəsinə gəlir. Heç bir şey öyrənə bilməyib yenidən geri qayıdır. Ətrafı gəzir və 100 metr hündürlükdən aşağı, çınqıllıqların üstündə Eduardonun cəsədini görəndə dəhşətlə qışqırır.

Hadisə yerinə İstintaq Araşdırma Qrupu gəlir və hadisəni kortəbii təhlil edərək belə nəticə əldə edirlər ki, bu adi psixotropik vasitələrin təlqin etdiyi intihardır.

Tarixin ən zəngin İslam İnqilabı tərəfdarı necə aradan götürüldü? – Araşdırma


Beləcə, Agniellilər klanına məxsus böyük mafiya Eduardonun ölüm faktını özünəqəsd kimi qiymətləndirərək bu işi bitmiş hesab etdilər. Turindən 40 km aralıda Aniellilərin şəxsi qəbristanlığında yalnız yaxın ailə üzvlərinin iştirakı ilə Eduardo xristian təriqətilə dəfn olunur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930