Hind aktyor ölkəsində yayılan islamofobiyanı tənqid etdi
Mьəllif: admin1
Tarix: 5-11-2015, 13:20
Bцlmə: Xəbərlər
Hind aktyor ölkəsində yayılan islamofobiyanı tənqid etdi
Hindistan kinosunun məşhur aktyorlarından olan Şahrux Xan ölkəsində tolerantlığın getdikcə yox olduğunu və müsəlmanlara qarşı düşmən davranışların yayıldığını söyləyib. İslamazeri.az xəbər verir ki, "BBC" telekanalının özbək xidmətinə müsahibə verən Şahrux Xan ölkəsində müsəlmanlara qarşı davranışları tənqid edib. Hindistanlı aktyor bu açıqlamaları ifrat hindu qrupunun dana əti yeyən müsəlmanlardan birini döyərək öldürməsindən sonra edib. Bu hadisədən sonra Hindistanda 90-a yaxın tanınmış yazıçı və elm adamı onlara verilən dövlət mükafatını almağı rədd edib. Analitiklərə görə, İslam Hindistanın ayrılmaz bir parçasıdır və ölkədə yaşayan milyonlarla müsəlmanın həyat tərzinə qarşı hücumlar yaxşı olmayan nəticələr doğuracaq. Qeyd edək ki, Şahrux Xan müsəlman olsa da, həyat yoldaşı hinduizm dininə mənsubdur. - See more at: http://islamazeri.az/hind-aktyor-olkesinde-yayilan-islamofobiyani-tenqid-etdi--28416.html#sthash.IoklvYL6.dpuf
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930