"Bu gün minbər qarşısında yeni bir vəzifəmiz var!"
Mьəllif: admin1
Tarix: 4-11-2015, 19:53
Bцlmə: Xəbərlər
"Bu gün minbər qarşısında yeni bir vəzifəmiz var!"
"Aşura məsələsi zarafat deyil. Belə əzəmətli bir hadisəni xurafatla qarışdırdıqdan sonra tam təsir gözləmək olmaz" - Ayətullah Seyid Əli Xamenei.

Minbərin üç sahəsi
Minbər sənətinə aid üç işin - yəni moizə, məlumatlanıdırmaq, örnək və nümunə göstərmək işlərinin hər biri üçün minbər edənin və danışanın özündə bəzi xüsusiyyətlərə ehtiyac var və ondan bəzi şeylər tələb edir. Deməli, bu işi asan saymaq olmaz. Keçmişdə bizim bəzilərimizin beynində yanlış təsəvvür var idi, Allaha şükür olsun ki, sonralar aradan qalxdı. Biz düşünürdük ki, əgər kimsə elm adamı və müctəhid olsa, minbər adamı, yaxud rövzəxan ola bilməz. Bunların iki ayrı səviyyəyə xas olduğunu düşünürdük. Bu üç vəzifəni öhdəsinə götürmək istəyən şəxs çox yaxşı olar ki, dini elmləri, İslam fiqhini və elmi hövzələrdə olan elmləri - meyar hökmləri anlamaqdır - yüksək və hətta ali səviyyədə bilsin. Minbərə bu gözlə baxmalıyıq.

Minbərin araşdırılmamış təsiri

Bizim cəmiyyətimizdə minbərin təsiri hələ araşdırılmamış bir mövzudur. Siz bizim cəmiyyətimizə baxın; görün İmam Hüseynin (ə) adına bir minbərin təşkil edilmədiyi yer varmı?! Böyük şəhərlərdən, izdihamlı mərkəzlərdən tutmuş ucqar bölgələrə, kəndlərə, hətta kiçik və çox uzaq kəndlərə, universitetlərə, alim məclislərinə, yeni elmlər üzrə təhsilli alimlərin birliklərinə, ölkənin ən uzaq nöqtələrində, dövrün aktual elm və bilgilərindən uzaq olan xalqın arasına qədər harada Əbu Abdullahın (ə) minbəri yoxdur və nə zamansa orada bir natiq minbər edib danışmır?! Deməli, bizim bütün cəmiyyətimiz şiə təfəkkürlü və əqidəli bir toplum olaraq, İmam Hüseynin (ə) çətri altındadır. Əlbəttə, bu yalnız şiələrə məxsus deyil. Dünyanın müxtəlif yerlərində şiə və hətta müsəlman olmayanlar da müəyyən həddə bu süfrədən bəhrələnirlər.

"Bu gün minbər qarşısında yeni bir vəzifəmiz var!"

Bu gün bu informasiya orqanı Quran təfsirinin, İslam maarifinin, fəlsəfi və irfani məsələlərin və Əhli-beyt (ə) bilgilərinin sözünün daşıyıcısıdır. Deməli, bir tərəfdən bu, din natiqləri üçün yeni bir imkandır. Digər tərəfdən, biz ruhani və natiqlər bir vəzifə formasında İslam bilgilərini bütün cəhətləri ilə azad şəkildə xalqa incələmək imkanı əldə etmişik. Keçmişdə belə deyildi; bəzi sözləri demək olardı, bəzi sözləri olmazdı, qoymurdular. Bu gün isə elə deyil.

Mənim fikrim budur ki, bu gün bizim minbər qarşısında yeni bir vəzifəmiz var; bir idarəçilik və bir qayda lazımdır. Bu qayda bu sənətin təcrübəli şəxsləri, bu meydanın mütəxəssisləri və uzun illər bu yolda çalışmış və onun müxtəlif cəhətlərini ölçmüş şəxslərin, həmçinin dövrün şəraiti haqda məlumatlı olan dəyərli alimlərin vasitəsi ilə hazırlanmalıdır. Hər bir zəif söz deyilməməli, hər bir faydasız, yaxud az faydalı bilgi çox faydalı bilgilərin yerini tutmamalı, dövrün tələbi və xalqın dini bilgilərə ehtiyacı diqqətdə saxlanmalı, cihad və Allah yolunda mübarizə məsələsində bilgilərin başı və bizim inqilabımızın əsas təməli olan Aşura hadisəsi təmiz şəkildə bəyan olunmalı, onun gözəl cəhətləri görsənməli, hərdən bəzi yerlərdə bəzi dillərdən, yaxud qələmlərdən sızan, eşidilən və oxunan əlavələr kənarlaşdırılmalıdır. Aşura məsələsi zarafat deyil. Belə əzəmətli bir hadisəni xurafatla qarışdırdıqdan sonra tam təsir gözləmək olmaz. Bu gün bu işləri görmək zamanıdır.

Kitabın adı: Aşura mehi
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031