Zalımların Aşura hadisəsindən qorxması
Mьəllif: admin1
Tarix: 21-09-2017, 21:52
Zalımların Aşura hadisəsindən qorxması
"Düşmənin məkri və hiyləsi qurtaran deyil!"

Bu əzəmətli nemət qəlbləri İslam inancının zəngin mənbəyinə birləşdirir; tarix boyu gördüyü, hakim zalımları Aşuradan qorxutduğu və İmam Hüseynin (ə) nurlu qəbrindən vahiməyə saldığı işi görür. Aşura hadisəsindən və onun şəhidlərindən qorxu Bəni-Üməyyə xəlifələri dövründən başlanmış, bizim dövrümüzə qədər davam etmişdir. Siz onun bir nümunəsini öz inqilabımız zamanı gördünüz. Məhərrəm çatdıqda mürtəce, kafir, əxlaqsız və fəsadlı Pəhləvi quruluşu əlinin bağlandığını və mübariz aşuraçı xalqın əleyhinə bir iş görə bilmədiyini duyurdu. O quruluşun məmurları məhərrəm gələn kimi əslində öz acizliklərinin başlandığını bilirdilər. O mənfur rejimdən qalmış sənədlərdə məhərrəm ayı gələrkən onların ciddi şəkildə əl-ayaqlarını itirdiklərini göstərən işarə və hətta açıq qeydlər var. Bizim Böyük İmamımız - o hikmətli, uzaqgörən, dinşünas, dünyaşünas və insanşünas kişi İmam Hüseynin (ə) məqsədlərinə nail olmaq üçün bu hadisədən necə istifadə etməyin yolunu anladı və istifadə etdi.

Bizim Böyük İmamımız məhərrəmi qanın xəncərə qələbə çaldığı bir ay kimi izah etdi, həmin təhlil və məntiqlə məhərrəmin sayəsində qanı xəncərə qalib etdi. Bu, məhərrəm ayı və İmam Hüseyn (ə) xatirəsi məclislərindən ibarət olan nemətin gözəlliklərinin sizin gördüyünüz bir nümunəsidir. Odur ki, həm xalq və həm ruhanilər bu nemətdən istifadə etməlidirlər. Xalqın istifadə etməsi budur ki, Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinə könül versinlər, müxtəlif səviyyələrdə bu məclisləri bacardıqları qədər artırsınlar. Xalq ixlasla və bəhrələnmək məqsədilə Hüseyn (ə) əzadarlığı məclislərində iştirak etsinlər, vaxt keçirmək üçün, yaxud avam formada yalnız axirət savabı əldə etmək və bu axirət savabının haradan gəldiyini bilmədən yox.

Şübhəsiz, sözügedən məclislərdə iştirak etməyin axirət savabı var. Lakin əza məclislərinin axirət savabı hansı cəhətinə görədir? Şübhəsiz, bir cəhətə görədir və əgər həmin cəhət olmasa, savab da yoxdur. Bəzi insanlar buna diqqət yetirmirlər.

Hamı bu məclislərdə iştirak etsin, əza məclislərinin qədrini bilsin, bu məclislərdən istifadə etsin, bu məclisləri ruhən və ürəkdən özləri ilə Hüseyn ibn Əli (ə), Peyğəmbər (s) ailəsi, İslamın və Quranın ruhu ilə əlaqələrini daha da möhkəmlətmək və rabitə yaratmaq üçün vasitə etsinlər. Bu, xalqa aid olan vəzifələrdəndir.

"Düşmənin məkri və hiyləsi qurtaran deyil!"

Bu məclislərdə bu məqamı da xatırlatmaq lazımdır: Biz bu gün Allahın lütfü ilə siyasi baxımdan güc mövqeyində, düşmən - yəni hegemonluq isə zəif mövqedə olsa da, bu, düşmənin məkr və hiyləsinin bitməsi demək deyil.

"(Ey Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar". Sözsüz ki, "De: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" fikrinə əsasən, haqq cinahı düşmənin istəyinə təslim olmayacaq. Lakin hər halda düşmənin xislətini tanımaq lazımdır. Biz düşmənin məkrini bir an da unutmamalıyıq. Bu məqamı xalqa demək lazımdır. Biz bu gün qüvvəliyik, düşmən və beynəlxalq hegemonluq isə zəifdir.

Kitabın adı: Aşura mehi
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930