İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran prezidentinə məktubu
Mьəllif: admin1
Tarix: 22-10-2015, 10:19
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran prezidentinə məktubu

İslam İnqilabının Böyük Rəhbəri hər bir bəhanə ilə və hər bir səviyyədə İrana qarşı hər bir sanksiyanın tətbiqi və sanksiyaların strukturunun qüvvədə qalmasına dair hər bir ifadəni nüvə anlaşmasının pozulması mənasında biliblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladıqları məktubda deyiblər: Müzakirələrin İran tərəfindən qəbul edilməsinin ümumiyyətlə, zalımcasına sanksiyaların ləğvi hədəfi ilə baş verməsinə və onun nüvə anlaşmasında icrasının İranın addımlarından sonraya saxlanılmasına görə, qarşı tərəflərin anlaşmanı pozmalarının qarşısının alınması üçün güclü və yetərli zəmanətlərin tədarük görülməsi lazımdır və bunlardan biri, Amerika prezidenti və Avropa Birliyinin sanksiyaların ləğv olunduğunu yazılı surətdə elan etmələridir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Avropa Birliyinin və Amerika prezidenti Barak Obamanın elanında açıq şəkildə qeyd olunmalıdır ki, bu sanksiyalar tamamilə götürülübdür və sanksiyaların strukturunun qüvvədə qalmasına dair hər bir ifadə nüvə anlaşmasının pozulması mənasındadır.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin deyiblər: Səkkiz illik dövr ərzində, müzakirə tərəfi olan ölkələrdən hər biri tərəfindən terrorçuluq və insan haqları kimi təkrar və özündəndüzəltmə bəhanələr daxil olmaqla hər bir bəhanə ilə və hər bir səviyyədə hər cür sanksiyanın tətbiqi, nüvə anlaşmasının pozulması hesab olunacaq və İran dövləti nüvə anlaşması fəaliyyətlərini dayandırmağa borcludur.
Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Amerika dövləti nəinki nüvə məsələsində, həm də heç bir digər məsələdə İran qarşısında düşmənçilik və xələl yaratmaqdan başqa bir münasibət göstərməyib və gələcəkdə də onun bundan başqa cür əməl etməsi mümkünsüzdür.
İslam İnqilabının Böyük Rəhbəri bu məktubda vurğulayıblar: Nüvə anlaşması formasında formalaşmış müzakirələrin məhsulu qaranlıq cəhətlərə, struktur çatışmazlıqlarına və çoxlu sayda hallara dücardır ki, dəqiq və anbaan ehtiyatın olmayacağı təqdirdə, İranın bu günü və gələcəyi üçün böyük xəsarətlərə gətirib çıxara bilər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin vurğulayıblar: Ərak nüvə təsisatlarının yenidən qurulması ilə bağlı addımlar və mövcud zənginləşdirilmiş uranın verilməsi yalnız Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən pmd işinin bitməsinin elan olunması və yetərli zəmanətə malik əminedici müqavilənin bağlanmasından sonra başlanacaq.
İslam İnqilabının Böyük Rəhbəri qəsbkar sionist rejim qarşısında Fələstin xalqının durmadan müdafiə və Amerikanın müstəqil xalqları yatırdan orta əsr diktatorlarını himayə etməsinin ifşa olunmasını, zəif xalqlara təcavüz və çoxtələblilik qarşısında müqaviməti, eləcə də hegemonçu və zalım qüvvələr sistemi ilə müxalifətdə haqlı islami mövqelərə təkidi, imperializmin İran İslam Respublikası ilə düşmənçiliyinin əsas amillərindən adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ölkə prezidentinə məktubun sonunda qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsi və işlərin irəliləyişinin izlənilməsi üçün güclü və sayıq bir heyətin təşkilini vurğulayaraq, əlavə ediblər: Hərçənd sanksiyaların aradan götürülməsi zülmün aradan qaldırılması və İran xalqının hüquqlarının bərpası baxımından lazım olan işdir, lakin hazırkı problemlərin aradan götürülməsi, məişətin yaxşılaşdırılması və iqtisadi açılış, müqavimət iqtisadiyyatının bütün cəhətlərinin izlənilməsi və ciddi sayılmasından başqa heç bir yolla müyəssər olmayacaqdır.

Sahartv.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930