Nüvə anlaşması barədə Ağ Ev-Konqres qarşılaşması…
Mьəllif: admin1
Tarix: 24-07-2015, 21:50
Bцlmə: Xəbərlər
Nüvə anlaşması barədə Ağ Ev-Konqres qarşılaşması…

İranla nüvə anlaşması barəsində Ağ Ev və Konqresin rəsmi qarşılaşması Nazirlər Kabinetinin 3 üzvünün iştirakı ilə Senatın Xarici Əlaqələr Komitəsinin dinləmə iclasında başlanıb.
ABŞ dövlət katibi Con Kerri, energetika naziri Ernest Muniz və xəzinədarlıq naziri Jakob Lu bu dinləmədə çalışıblar ki, Müştərək Təşəbbüs Proqramının faydalı olmasını vurğulamaqla bəzi senatorların müxalifətinə qalib gəlsinlər.


İslaminsesi.org-un Səhər telekanalına istinadən verdiyi xəbərə görə, Amerika hökumət rəsmilərinin uzunmüddətli və ətraflı çıxışlarının mehvəri İrana qarşı bir sıra saxta ittihamlardan kənar, İranı təslim olmağa məcbur etməkdə acizlik və bu ölkə ilə müharibədən çəkinmək təşkil edib.


Kerri dəfələrlə vurğulayıb ki, İranı təslim olmaq və onu sülhməramlı nüvə proqramını dayandırmağa məcbur etmək əsassız xəyal olacaqdır və beynəlxlaq ictimaiyyət də İranı nüvə hüququndan məhrum etmək üzrə amerikalı ifratçıların tələbini dəstəkləməyəcək.


ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərinin baxışınca, əgər İran və 5+1 qrupu arasında əldə olunan anlaşma Konqres tərəfindən rədd olunarsa, İran iri həcmdə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətindən kənar əlavə protokol çərçivəsində zənginləşdimə istiqamətində olacaqdır.
Kerri vurğulayıb ki, bu şəraitdə müharibə qaçılmaz olacaq.


Bununla belə, Barak Obama hökumətinin üç üzvünün sözlərinin Ağ Ev və Konqresin qarşılaşmasının ilk günlərində amerikalı ifratçıların baxışının dəyişilməsi ilə nəticələnməsi ehtimalı zəifdir. Bu qrup sionsit rejimin baş naziri Benyamin Netanyahunun göstərişi və Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin vasitəsi ilə uzun müddət öncədən İranın nüvə proqramı barədə istənilən diplomatik həll yolunun qarşısını almağa diqqətini yönəldib. Onlar təsəvvür edirdilər ki, İrana iqtisadi təzyiqləri gücləndirmək və yaxud “masa üzərində bütün seçimlər” termini kimi təhdiddən istifadə etməklə Tehranı geri çəkilməyə məcbur edə biləcəklər. Bir xalqa ən ağır tarixi sanksiyaları 10 ildən çox müddətə tətbiq etmələrinə baxmayaraq, İranın nüvə potensialı 200 sentrifuqadan 20 min sentrifuqaya artdı və İran Tehran Tədqiqat Reaktorunun ehtiyac duyduğu uranın zənginləşdirdi. Halbuki Amerika rəsmiləri daim hərbi hücum ehtimalı barədə dolayısı xəbərdarlıq olan masa üzərində bütün seçimlərin olduğunu vurğulayırdılar.


Hazırda 35 il səydən və iki il birbaşa sıx müzakirələrdən sonra Amerikanın icraçı qüvvəsi İran əleyhinə hərbi təhdidlər və sanksiyaların faydasız olduğunu dərk etmişdir.
bununla belə Konqresin bir çox üzvü ya hələlik bu dərkə çatmamış ya da partiya ambissiyaları və sionist lobbilərə asılılığa görə öncəki məğlubiyyətə uğramış yolu davam etdirməkdə israrlıdır.


BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Avropa Birliyinin 28 ölkəsinin dəstəyi ilə əldə olunan anlaşmanı məğlubiyyətə uğratmaq Amerikanın özünü çox güclü şəkildə təcrid edəcəkdir.


Eyni zamanda Amerikanın Müştərək Təşəbbüs Proqramının öhdəlikləri və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini yerinə yetirməməsi bu ölkəyə İran əleyhinə sanksiyaları yenidən bərqərar etmək imkanı verməyəcək. Halbuki ABŞ dövlət katibinin dediyinə görə nüvə enerjisini alimlərinin beynində elmə çevirən ölkəyə qarşı hərbi addım heç bir səmərə verməyəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930