SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə 50 min lari vəsait ayırıb
Mьəllif: admin1
Tarix: 18-06-2015, 17:48
SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə 50 min lari vəsait ayırıb

Azərbaycan Dövlət Neft Şirkəti Tbilisi meriyasını 10 000 litrlik yanacaqla təmin edib
Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia” fəal iştirak edir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən “SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.

Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, SOCAR beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930