"Bütün hədisləri bir yerə toplasaq ümümi bir nəticə çıxarmaq olar: Cavanları ən çox ziyana salan şey qəzəbdir."
Mьəllif: admin1
Tarix: 12-05-2015, 14:34
Bцlmə: Xəbərlər
"Bütün hədisləri bir yerə toplasaq ümümi bir nəticə çıxarmaq olar: Cavanları ən çox ziyana salan şey qəzəbdir."

"Mən and içən adam deyiləm. Amma sizə baxıram ürəyim yanır. Ağalar, xanımlar, and olsun Həzrəti Zəhraya (s.), xasiyyətiniz yumuşalmasa, incəlməsə mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz! Özününzü boş yerə yormayın. Əgər gündə evdə bir neçə dəfə əsəbiləşib zəhərə dönürsünüzsə, o biri tərəfdən də ürfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə alınan şey deyil.

Əllamə Təbatəbai xasiyyətini o yerə qədər incəltmişdi ki, heç vaxt heç kimlə dava etməzdi. Bir gün Qumda yol gedirdik. Bir dəstə uşaq velosipedlə o tərfə bu tərəfə şütüyür, əylənirdilər. Necə oldusa uşaqlardan biri gəldi velosipedlə Əllamməni vurub yixdı.

Biz olsaydıq, nə qədər yaxşı adam olsaq belə qalxıb uşağa bir söz deyər, acıqlanardıq. Amma Əllamə durdu ayağa əvvəl getdi uşağı qaldırdı..
Soruşdu sənə bir şey olmayıb, əzilməmisən?

Uşaq dedi yaxşıyam. Əllamə şükür edib uşaqla xudahfizləşdi və yoluna davam etdi.."

Bütün hədisləri bir yerə toplasaq ümümi bir nəticə çıxarmaq olar: cavanları ən çox ziyana salan şey qəzəbdir. Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi qəzəbdir. Yəni əsas problemlər onunla əlaqəlidir. Maşallah görürsən hər şeyi qaydasında - əlində təsbehi, barmağında üzüyü, saqqalı xətli, zahirdə mömin bir cavandır. Çöldə çox ədəbli, mömin görsənir. Elə ki evə gedir anası ilə kobud danışır. Hələ soruşsan harda idin, qürurla deyir 'Kumeyl duası'na getmişdim. Nə Kumeyl? Bəzi adamlar 40 ildir kumeyl duasına gedirlər amma evdə arvadları ilə düzğün rəftar etməyi öyrənməyiblər. Sən hələ 40 ildir dilini kontrol edə bilməmisən. Nə faydası?
Həzrət Əli (e) demişkən ruhumuzu mühasibə etsək, yaxşı götür qoy etsək görərik ki, əksər rəhmət qapılarının üzümüzə bağlı qalmasına bais olan həmin qəzəbdir. Qəzəb məsələsini həll edə bilsə insanın çox qapılar üzünə açılar...


nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930