Marneulidə şagirdlər sınaq imtahanlarında iştirak ediblər
Mьəllif: admin1
Tarix: 7-04-2015, 12:19
Marneulidə şagirdlər sınaq imtahanlarında iştirak ediblər



Marneuli. Nizami Məmmədzadə - APA. Ötən gün Marneuli Gənclər Mərkəzinin (MGM) təşkilatçılığı ilə "Çay Evi"ndə Azərbaycan dilli məktəblərin yuxarı sinif şagirdləri üçün sınaq imtahanları keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sınaq imtahanlarına Gürcüstanın ali məktəblərinə qəbul zamanı vahid milli imtahanda gücünü sınamaq istəyən 200 azərbaycanlı şagird qatılıb.

MGM-nin meneceri Emin Əhmədov APA-ya açıqlamasında bildirib ki, sınaq imtahanlarının keçirilməsində əsas məqsəd azərbaycanlı şagirdləri milli imtahanlara hazırlamaqdır.

“Mütəmadi şəkildə həyata keçirdiyimiz belə tədbirlər şagirdlər üçün böyük əhəmiyyət kəsb edir. Sınaq imtahanlarında gələcək abituriyentlər təcrübə toplayır. Bu imtahanların nəticəsi çox müsbət olur. Ən başlıcası odur ki, şagirdlər sərbəst şəkildə imtahan vərəqəsini doldurmaqda və ixtisas seçməkdə çətinlik çəkmir”, - deyə o vurğulayıb.
apa.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930