İsrail qüvvələri Peyğəmbərin (s) mövlud mərasiminə basqın edib
Mьəllif: Admin
Tarix: 12-10-2022, 11:02
Bцlmə: Xəbərlər
İsrail qüvvələri Peyğəmbərin (s) mövlud mərasiminə basqın edib
İsrail qüvvələri İslam Peyğəmbərinin (s) mövludunun qeyd olunması mərasimi üçün bir araya gəlmiş fələstinlilərə hücum ediblər.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, şənbə günü işğal olunmuş Qüds şəhərində keçirilən İslam Peyğəmbərin (s) mövludunun qeyd olunması mərasiminin ləğv edilməsi zamanı bir qrup fələstinli sionist hərbçilərin hücum və zərbələri nəticəsində bədən xəsarəti alıb, bir qrup fələstinli də həbs olunub.

Qüds şəhərinin sakin və zəvvarları işğalçıların güclü tədbirləri arasında sünni əhlinin rəvayətinə görə, on iki rəbiüləvvələ təsadüf edən İslam Peyğəmbərin (s) mövludunun ildönümü gününü qeyd ediblər.

Kəşafə nümayiş qrupunun Əl-Zəhra küçəsindən başlanan yürüşü Səlahəddin və Sultan Süleyman küçələrindən keçməklə Babulamuda doğru davam edib və Məscidül-Əqsa meydanlarında başa çatıb.

Qüdsün qədim hissəsinin tacirləri yürüş iştirakçıları arasında şirniyyat paylayıblar ki, bu tədbir Beytül-Müqəddəs qruplarının Nəbəvi mədhiyyəçiliklərilə müşayiət olunubdur.

Bu arada Qüdsün qədim hissəsinin bazarları İslam Peyğəmbərinin (s) mövludunun ildönümü günü ilə bir vaxtda geniş ticarət rövnəqinin şahidi olub. Minlərlə insan mübarək Əl-Əqsa məscidində namaz qılmaq və İslam Peyğəmbərinin (s) mövludunun ildönümü gününü qeyd etmək üçün onun səhnlərində bir araya gəlib.

Qüds islami vəqflər idarəsi də İslam Peyğəmbərinin (s) mövludunun ildönümü gününü Qiblə Müsəllasında o həzrətin özü və xüsusiyyətləri barədə dini hekayət və nəğmələrlə yanaşı qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930