"Mən Hüseyndənəm" 2022-ci il Ərbəininin şüarıdır
Mьəllif: Admin
Tarix: 16-06-2022, 18:15
Bцlmə: Xəbərlər
"Mən Hüseyndənəm" 2022-ci il Ərbəininin şüarıdır
İQNA-nın müxbirinin verdiyi məlumata görə, bu şüarın elanı və "2022-ci il Ərbəininin" afişasının nümayişi mərasimi, bazar ertəsi, iyunun 14-də Ali Məqamlı Rəhbərin Besəsində keçirilib.

Mərasimin əvvəlində Ərbəin Mədəniyyət Komitəsinin sədri Höccətül-islam Həmid Əhmədi builki Ərbəinin şüarı ilə bağlı İran və İraqda müxtəlif görüşlərin keçirilməsinə və təkliflərin toplanmasına toxunaraq deyib:

"Ərbəin şüarının seçilməsi ilə bağlı vurğulanırdı ki, şüarın mətnində Seyidüş-Şühədanın (ə) adı mütləq olmalıdır. Şüar İmamların (ə) hədislərindən seçilməlidir.

Mövcud qlobal vəziyyətə diqqət edib və Ərbəinin qloballaşması məsələsini hədəfləməlidir. Təkliflər toplandıqdan sonra qərara alındı ​​ki, builki şüar Rəsuli-əkrəmin (s) "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisinin bir parçası olsun.

O, qeyd edib ki, İmam Hüseynin (ə) adı bizim birliyimizin və qələbəmizin sirridir. Son illər Həzrət Peyğəmbərə (s) qarşı təhqirlərin şahidi olduğumuz üçün builki Ərbəin şüarı Məhəmməd Peyğəmbərin (s) "Mən Hüseyndənəm" hədisindən götürülüb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930