Ayətullah Xamenei: "İlin bütün günlərini Qüds günü kimi qəbul etmək lazımdır"
Mьəllif: Admin
Tarix: 30-04-2022, 11:43
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "İlin bütün günlərini Qüds günü kimi qəbul etmək lazımdır"
“Reallıq budur ki, indi qəsbkar sionist rejimi Qüdsü zəbt edib. Ona görə indi ilin bütün günlərini Qüds günü kimi qəbul etmək lazımdır.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün İranın dövlət telekanalında Beynəlxalq Qüds günü münasibətilə çıxış edən Ayətullah Seyid Əli Xamenei ilin bütün günlərinin Qüds günü kimi qəbul edilməsini istəyib və çıxışı zamanı bunları dilə gətirib:

“Yenə Qüds günü gəlib çatdı. Belə bir gündə salam olsun İslam dünyasının gənclərinə! Salam olsun Fələstinin şücaətli və qeyrətli cavanlarına və bütün Fələstin xalqına! İndi şərafətli Qüds hamını çağırır. Bütün müsəlmanları çağırır. Reallıq budur ki, indi qəsbkar sionist rejimi Qüdsü zəbt edib. İndi ilin bütün günlərini Qüds günü kimi qəbul etmək lazımdır.

Fələstin xalqı zaman keçdikcə zülmün qarşısında misilsiz şücaətini daha artıq şəkildə göstərir. Onların gəncləri fədai əməliyyatları ilə Fələstini təkbaşına qoruyurlar və beləcə fərqli gələcək barədə müjdə verirlər.

Belə bir anda hegemonların, qəsbkar rejimin ən mühüm dəstəkləyicisi olan ABŞ-ın siyasi meydanda ardıcıl məğlubiyyətləri görünür. Əfqanıstan müharibəsində məğlubiyyət, İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasətində məğlubiyyət, Asiya gücləri qarşısında məğlubiyyət, dünya iqtisadiyyatını nəzarətə götürməkdə, daxili idarəçilikdə olan məğlubiyyət və ABŞ hakimiyyətində olan dərin ixtilaf. Bunlar hamısı açıq-aşkar görünür.

Statistikalar göstərir ki, hazırda 1948-ci və 1967-ci ilin ərazilərində yaşayan, habelə xaricdəki qaçqın düşərgələrində olan fələstinlilər öz liderlərini qəsbkar rejimə doğru hücuma təşviq edirlər. Bu fenomenal bir addımdır. Bu fələstinlilərin tam şəkildə hazır olması deməkdir. Xalqın bu təşviqi cihad edən hərəkatların səlahiyyətlərini də artırır”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930