Kabildə mədrəsədə TERROR: Ölənlər var
Mьəllif: Admin
Tarix: 30-04-2022, 11:41
Bцlmə: Xəbərlər
Kabildə mədrəsədə TERROR: Ölənlər var
Bu gün günortadan sonra Kabilin Əlauddin üçyolu deyilən məntəqədə dini tədris məkanlarının birində partlayış törədilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Kabildə Əlauddin üçyolu deyilən məntəqədə mədrəsədə partlayış törədilib.

HeratNews bu partlayışda azı 10 nəfərin öldüyünü bildirib.

Məlumata görə, Taliban qüvvələri ərazini mühasirəyə alıb, jurnalistləri yaxın buraxmırlar.

Qeyd edək ki, ötən gün Məzar-Şərifdə avtobus dayanacağında törədilən partlayışda 11, ötən həftənin cümə axşamı Məzar-Şərifin Sə-Dukan məscidində törədilən partlayışda 43, ötən həftənin cümə günü Künduzda məscidlərin birində törədilən partlayışda isə 33 nəfər həyatını itirib. Bu hücumların hamısını İŞİD terror təşkilatı üzərinə götürüb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930