Bu il 1 milyon zəvvarın Həcc ziyarətinə gəlməsinə icazə verilib
Mьəllif: Admin
Tarix: 9-04-2022, 11:56
Bцlmə: Xəbərlər
Bu il 1 milyon zəvvarın Həcc ziyarətinə gəlməsinə icazə verilib
Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən “Saudi Press Agency” məlumat yayıb.

Bu il Həcc və Ümrə ziyarətinə tam peyvənd olunmuş, yaşı 65-dən aşağı olan şəxslərin gəlməsinə icazə veriləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəticəsini də təqdim etməli olacaqlar.

Fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə tərəfi tərəfindən müəyyən edilir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930