Dünyanın səssiz qaldığı Yəməndə son iki ayda 47 uşaq öldürülüb
Mьəllif: Admin
Tarix: 13-03-2022, 22:46
Bцlmə: Xəbərlər
Dünyanın səssiz qaldığı Yəməndə son iki ayda 47 uşaq öldürülüb
Yəməndə yanvar-fevral ayında münaqişə nəticəsində 47 uşaq öldürülüb və ya xəsarət alıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə UNİCEF məlumat yayıb.

Təşkilat bildirir ki, cari ilin ilk 2 ayı ərzində 47 uşaq öldürülüb və ya xəsarət alıb. 2014-cü ildə müharibə başlayandan 10 200-dən çox uşaq ölüb və ya yaralanıb.

Ölkədə 2500-dən çox məktəb dağıdılıb, və ya hərbi ehtiyaclar üçün istifadə edilir.

BMT-nin statistikasına görə, Yəməndəki münaqişə 380 000 nəfərin həyatına son qoyub. Əhalinin 80%-i humanitar yardımlardan asılı vəziyyətdə yaşayır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930