Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Pakistanın Pişəvər şəhərində baş verən terror hadisəsini pisləyən bəyanatı
Mьəllif: Admin
Tarix: 7-03-2022, 10:44
Bцlmə: Xəbərlər
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Pakistanın Pişəvər şəhərində baş verən terror hadisəsini pisləyən bəyanatı
Bu gün İslamın əxlaqi və əqli ölçülərinə diqqət yetirmək və müsəlmanların ortaq düşmənləri (sionizm və qlobal təkəbbürlü qüvvələr) ilə qarşı-qarşıya gəlmək getdikcə daha zəruri görünür.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Pakistanın Pişəvər şəhərində baş verən terror hadisəsini pisləyən bəyanat yayıb. Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının bəyanatının tam mətni belədir:

Bismilləhir Ramənir Rahim

“Biz Allaha məxsusuq və Ona doğru qayıdırıq”

Yenə də İslam və müsəlman düşmənlərinin əlləri təkfirçi cinayətkar terrorçuların qollarından çıxıb və Pakistanın daha bir məzlum və günahsız Şiə məntəqəsi olan Pişəvər şəhərində insanları cümə namazı qılarkən qətlə yetiriblər. Pakistanın Pişəvər şəhərindəki İmam məscidinə törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub, 200-ə yaxın Şiə ibadətçi yaralanıb.

Tarix göstərir ki, Şiələr, xalis Məhəmmədi İslam və Əhli-Beyt (ə) məktəbinin göstərişlərinə əsaslanaraq heç vaxt terror aktlarında iştirak etməyiblər.

Bu gün İslamın əxlaqi və əqli ölçülərinə diqqət yetirmək və müsəlmanların ortaq düşmənləri (sionizm və qlobal təkəbbürlü qüvvələr) ilə qarşı-qarşıya gəlmək getdikcə daha zəruri görünür.

Pakistandakı məsul şəxslərin və nüfuzlu İslam alimlərinin belə hadisələrin qarşısını almaq və bu hadisələrin səbəbkarları ilə mübarizə aparmaq üçün böyük səy göstərəcəklərinə ümid edilir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bu terror cinayətini qətiyyətlə pisləyir və bu faciəli hadisə ilə bağlı Pakistan İslam Respublikasının dost müsəlman xalqına, xüsusi ilə də şəhidlərinin hörmətli ailə üzvlərinə başsağlığı verir.

Uca Allahdan şəhidlərə İlahi rəhmət və məğfirət, yaralılara dərhal şifa, yaralılara, onların və şəhid ailələrinə səbr və mükafat təmənna edirik.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası

(ABNA)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930