Şəhid Süleymani düşmənləri üçün general Süleymanidən daha təhlükəlidir
Mьəllif: Admin
Tarix: 3-01-2022, 11:40
Bцlmə: Xəbərlər
Şəhid Süleymani düşmənləri üçün general Süleymanidən daha təhlükəlidir
Mərasimləri təşkilatçılarını əbul edərkən deyib

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei şəhid Hacı Qasim Süleymaninin ailə üzvləri və anım mərasimləri təşkilatçılari ilə görüşdə deyib:

"Düşmənlər Süleymaninin, Əbu Mehdinin və onun digər yoldaşlarının şəhadəti ilə işin bitəcəyini düşünürdülər, lakin bu gün nahaq yerə tökülən o əziz qan sayəsində ABŞ Əfqanıstandan qaçıb, İraqda amerikalılar getmiş kimi davranmağa və hərbi varlığı olmadan, məsləhətçi rolu elan etməyə məcbur olublar, ki, əlbəttə iraqlı qardaşlarımız bu məsələni ayıqlıqla izləməlidirlər.

Yəməndə müqavimət cəbhəsi irəliləyir; Suriyada düşmən gələcəyə ümidsiz iflic vəziyyətindədir və ümumilikdə regionda müqavimət və anti-imperializm cərəyan iki il əvvəlkindən daha firavan, daha canlı və daha ümidlidir".

"Bu gün Süleymani regionumuzda ümid, özünə inam, rəşadət simvolu və dözüm və qələbənin sirridir və bəzilərinin haqlı olaraq, dediyi kimi, şəhid Süleymani düşmənləri üçün general Süleymanidən daha təhlükəlidir", -deyə Ayətullah Xamenei əlavə edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930