İsrail 2000-ci ildən bəri 2000 fələstinli uşağı öldürüb
Mьəllif: Admin
Tarix: 20-12-2021, 10:49
Bцlmə: Xəbərlər
İsrail 2000-ci ildən bəri 2000 fələstinli uşağı öldürüb
“İsrail” xəbər agentliyinin məlumatına görə, işğalçı İsrail rejimi 2000-ci ildən bəri 2000 fələstinli uşağı qətlə yetirib.

Beynəlxalq Fələstinli Uşaqları Müdafiə Təşkilatından Xalid Kazmerin hazırladığı və İvrit xəbər saytında Siha-da dərc olunan hesabatda “2021-ci il İsrailin 2014-cü ildə 50 günlük müharibəyə başlamasından bəri fələstinli uşaqlar üçün ən pis il olub” deyilir.

Məlumata görə, işğalçı rejim qüvvələri və sionist mühacirlər bu il İordan çayının qərb sahili, Qüds və Qəzza zolağında 86 fələstinli uşağı şəhid ediblər.

Məlumata görə, ötən may ayında sionist rejimin Qəzza zolağında apardığı 11 günlük müharibədə 67 fələstinli uşaq şəhid olub. İşğalçı rejim ordusu bu il İordan çayının qərb sahilində və Qüdsdə 15 fələstinli uşağı, sionist mühacirlər isə 2 uşağı qətlə yetirib.

Hesabatda işğalçı rejim əsgərlərinin hər vəziyyətdə fələstinli uşaqları qanunsuz olaraq şəhid etdiyi vurğulanır. İş o yerə çatıb ki, bu işlər qanun çərçivəsindən kənar edama çevrilə bilər.

Çünki işğalçılar uşaqları öldürmək üçün atəş açırlar. Məlumata görə, bir hadisədə dəfələrlə həbs edilən Abdullah Cəvabirə adlı 17 yaşlı fələstinli yeniyetmə birbaşa güllə ilə öldürülüb.

Hesabatda işğal rejiminin hakimiyyət orqanlarının öz məmurlarını təqib etməkdənsə, insan haqları təşkilatlarını susdurmağa diqqət yetirdiyi də vurğulanır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930