Müsəlmanlara qarşı soyqırımın təşkilatçılarından birinə hökm oxundu
Mьəllif: Admin
Tarix: 7-12-2021, 11:16
Bцlmə: Xəbərlər
Müsəlmanlara qarşı soyqırımın təşkilatçılarından birinə hökm oxundu
Myanmanın devrilmiş başçısı Aun San Su Çji 4 il müddətinə azadlıqdan məhrum edilib.

O, iğtişaşlara təhrik etmək və pandemiya əleyhinə tədbirləri pozmaqda ittiham edilib.

Ölkənin hazırkı rəhbərliyinin rəsmisi general Zo Min Tun bildirib ki, Aun hər bir ittihama görə 2 illik həbs cəzası alıb.

Tun deyib ki, cari cəza hələ yalnız başlanğıcdır və Aunu digər ittihamlar, o cümlədən də korrupsiya ilə bağlı ittihamlar gözləyir.

Xatırladaq ki, Aunun rejimi ötən qış devrilib. Devrilmiş hökumətin birinci şəxsləri həbs ediliblər. Ölkədə bundan sonra etiraz aksiyaları başlayıb.

Aun və onun başçılıq etdiyi rejim iki il öncə BMT tərəfindən müsəlman rohinca xalqına qarşı soyqırımda ittiham edilib.
(operativ.tv)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930