Ümrə həccinə gedən xaricilər üçün yaş həddi qaldırılıb
Mьəllif: Admin
Tarix: 28-11-2021, 13:17
Bцlmə: Xəbərlər
Ümrə həccinə gedən xaricilər üçün yaş həddi qaldırılıb
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, xarici Ümrə zəvvarlarının Səudiyyə Ərəbistanına daxil olması üçün şərt olaraq təyin edilmiş maksimum yaş həddini ləğv edib.

Səudiyyə rəsmilərinin bu yeni qərarı, Səudiyyə Ərəbistanına xaricdən gələn yaşlılara Ümrə ayinlərini yerinə yetirmək üçün icazələrin verilməsidir.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin açıqladığı əvvəlki şərtlərə görə, xarici zəvvarların yaşı 18-50 arasında olmalı idi.

Səudiyyə Ərəbistanı noyabrın 1-dən öz vətəndaşları ilə yanaşı xaricilərin də 100% şəkildə (gündə 60.000 ümrə və ya ibadət edən) Məscidül-həram və Peyğəmbər məscidinə daxil olmasına icazə verib.

Xaricilərin ölkəyə girişi, yalnız Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin həmin ölkələri koronavirus sahəsində təhlükəsiz elan etdiyi ölkələrdən mümkündür.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin yerli və xarici Ümrə ziyarətçiləri üçün açıqladığı digər şərt, mənfi PCR testinin təqdim edilməsidir. Bu test üzərindən 72 saatdan çox keçməməlidir.

Səudiyyə Ərəbistanındakı xarici zəvvarlar, Ümrə ayinlərini yerinə yetirmək üçün qaydalara və imkanlara uyğun olaraq Məscidül-həramda namaz qılmaq və ya Peyğəmbər məscidini ziyarət etmək üçün əvvəlcədən "Etemərna" proqramı vasitəsilə Rezervasiya etməlidirlər.
(İQNA)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930