Ayətullah Xamenei təbrizli alimin vəfatı münasibətilə başsağlığı verdi
Mьəllif: Admin
Tarix: 18-11-2021, 22:16
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei təbrizli alimin vəfatı münasibətilə başsağlığı verdi
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin başsağlığı müraciətinin mətnində belə deyilir:

"Bismillahir Rəhmanir Rəhim

Mübariz din alimi cənab höccətülislam vəlmüslimin Hacı Şeyx Möhsin Müctəhid-Şəbistəri rəhmətullah əleyhin vəfatı münasibətilə onun əziz xanədanına, möhtərəm övladlarına, həmçinin Tehranda və Azərbaycandakı bütün tərəfdarlarına başsağlığı verirəm.

Bu böyük din alimi Tehran və Təbrizdəki dini elmlər hövzələrinin ümumi şəkildə istiqamətləndirilməsi və idarə olunmasında, həmçinin ictimai xidmətlərdə ən uğurlu və fəal ruhanilərdən olub.

Onun uzun müddət Təbrizin imamcüməsi olduğu dövrdəki səy və zəhmətləri unudulmazdır və o mərhumun Tehran və sair məkanlarda yerləşən dini elmlər hövzələrindəki yadda qalan əsərləri ona ilahi rəhmətin cəlb olunmasına səbəb olacaq, inşaallah.

Allah-Taaladan bu möhtərəm din alimi üçün bağışlanma və yüksək dərəcələr diləyirəm."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930