Ayətullah Xamenei: "Bu vətənə xəyanətdir"
Mьəllif: Admin
Tarix: 17-11-2021, 20:22
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "Bu vətənə xəyanətdir"
İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında gənclərlə görüşüb.

Tehranda İmam Xomeyni Hüseyniyyəsində keçirilən görüşdə Ayətullah Xamenei iranlı gənclərə xitab edərək deyib:

"Üstün ağıl və istedada malik olmaq Allahın bəxş etdiyi nemətlərdəndir. Bu nemətə görə Uca Allaha şükür etmək lazımdır. Bunu həmişə diqqətdə saxlamalısınız".

"Ölkəmiz əqli qabiliyyət və bacarıqlara görə dünyanın ortalama göstəricisindən yüksəkdir. Bu, iddia deyil, sübut olunub", - deyən Ayətullah Xamenei İran xalqının potensial olaraq istedadlı olduğunu bildirib.

İslam İnqilabının rəhbəri beyin köçünün təşviq edilməsini "xəyanət" kimi səciyyələndirərək deyib: "Bəzi universitetlərdə gənc elitanı mühacirətə sövq edən ünsürlər var, açıq deyirəm ki, bu vətənə xəyanətdir, vətənə düşmənlikdir".

Ayətullah Xamenei "Müstəmləkəçi dövlətlər yumşaq müharibəsində başqa xalqların imkanlarını talamaq üçün o xalqı öz istedadlarından yayındıraraq, qəflətə salmağa çalışırlar", - deyib.

İnqilab rəhbəri gənc elitaya müraciət edərək, "Düşmən asanlıqla hücuma keçmək üçün öz silahınızla imkanınıza maraq göstərməyinizi istəmir. Bu gün pilotsuz uçuş aparatları (PUA) və raketlərlə bağlı baş verən müzakirələr və olunan təzyiqlər bunun diqqətəlayiq olduğunu göstərir", - deyə ifadə edib.

Ayətullah Xamenei elmi inkişafın əhəmiyyətinə toxunaraq, "Ölkədə çoxlu innovativ və texnologiyaya əsaslanan şirkətlərin olduğu hər sahədə sanksiyaların yaratdığı problemləri aradan qaldırmışıq", - söyləyib.

Ölkənin problemlərinin həllini tapmağın elmi ictimaiyyətin mühüm məqsədlərindən biri olduğunu ifadə edən Ayətullah Seyid Əli Xamenei "Ölkənin bütün problemlərinin elmi həllini tapmaq olar", - deyib.
(eastnews.org)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930