Ərdoğan: “ABŞ-ın terror təşkilatlarına dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”
Mьəllif: Admin
Tarix: 1-11-2021, 10:24
Bцlmə: Xəbərlər
Ərdoğan: “ABŞ-ın terror təşkilatlarına dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”
“Suriyada olan PKK/YPG terror təşkilatlarına ABŞ-ın dəstək verməsindən təəssüfləndiyimizi bildirdik”.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşü barədə danışarkən deyib.

ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb.

Ərdoğan Əfqanıstandan yeni miqrasiya dalğasına da toxunub. “Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik”, - Türkiyə Prezidenti bildirib.

Türkiyə rəhbəri Avropa Birliyinin öz ordusunu qurmaqla bağlı müzakirələrin nəticəsinə inanmadığını qeyd edib. “Bu mümkün bir layihə deyil, mümkün deyil”, - Ərdoğan AB ordusunun yaradılacağı barədə suala cavabında deyib.

Türkiyə Prezidenti Fransa Prezidenti Emmanuel Makronla görüşdə Cənubi Qafqazdakı vəziyyət və bölgədə atılan addımların müzakirə olunduğunu bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930