Hansı hallarda xurma yemək qadağandır?
Mьəllif: Admin
Tarix: 1-11-2021, 10:23
Hansı hallarda xurma yemək qadağandır?
Çay süfrələrimizin ləzzətli təamlarından olan xurmanın çox sayda vitamin və minerallarla zəngin olması heç kəs üçün sirr deyil.

Lakin buna baxmayaraq, bəzi şəxslərə ondan istifadə faydadan daha çox zərər verə bilər.

İnterAz Ria Novosti-yə istinadən xəbər verir ki, rusiyalı həkim Alyona Stepanova kimlərə və hansı hallarda xurmanın qadağan edildiyi barədə məlumat verib. O, xurmanın qlikemik indeksi yüksək olan məhsullar sırasına aid olduğunu bildirib.

“İnsulin rezistentli şəkərli diabet xəstələrinin xurma ilə qidalanması arzuolunmazdır. Belə ki, bu, qanda qlükozanın miqdarını kəskin şəkildə artıra bilər. Həmçinin, tez-tez mədəsində köpmə olan şəxslərin də bu nemətdən istifadəsi tövsiyyə olunmur”, - deyə həkim izah edib.

Stepanovanın sözlərinə görə, üzəri parıltılı olan xurmanı almaq məsləhət görülmür. Belə ki, bu halda olan məhsullar bir qayda olaraq, əlavə şirə və ya kükürdlü maye ilə emal edilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930