Livan Baş naziri "Hizbullah"la bağlı açıqlama verdi
Mьəllif: Admin
Tarix: 19-09-2021, 10:13
Bцlmə: Xəbərlər
Livan Baş naziri "Hizbullah"la bağlı açıqlama verdi
Livanın Baş naziri Nəcib Mikati verdiyi açıqlama zamanı bildirib ki, "Hizbullah" siyasi bir partiyadır və onu göz ardı etmək olmaz.

O qeyd edib ki, ərəb ölkələrindən kömək gözləyir, amma hələ də onunla əlaqə qurmayıblar: "Livan Ərəb dünyasında kiçik bir ölkədir və ona kömək etmək üçün Ərəb dünyasında böyük bir qardaş axtarır. Ərəb qardaşlarımdan kömək gözləyirəm, amma indiyə qədər heç bir əlaqə yaratmayıblar.

Ümid edirəm ki, onlardan müsbət cavab alacağam. Mövcud sosial və iqtisadi böhranlardan keçməliyik. Livandakı sabitlik ərəb dünyasındakı bütün ölkələrin maraqlarına uyğundur".

"Hizbullah" nümayəndələrinin hökumət quruluşunda iştirakı ilə əlaqədar olaraq o, "Hizbullah Livanda siyasi bir partiyadır və buna göz yummaq olmaz", - o deyib.

Mikati "Hizbullah"ın İrandan Livana yanacaq idxal etməsinə də toxunub: "Livan hökuməti buna qarışmadığı üçün ABŞ tərəfindən sanksiya alınacağını düşünmürəm.

Problemlərin və böhranların çox olduğunu bilirik, amma hökumətdən real olmayan gözləntilər olmamalıdır. Hazırda boş yerə danışıqlar aparmaq üçün vaxt yoxdur və mövcud vəziyyətdən çıxmaq üçün təcili həll yolları tapılmalıdır".
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930