İsrail Suriyaya 20-dən çox raket atdı
Mьəllif: Admin
Tarix: 4-09-2021, 10:40
Bцlmə: Xəbərlər
İsrail Suriyaya 20-dən çox raket atdı
Rusiya Suriyadakı Tərəflərin Uzlaşdırma Mərkəzi Suriyanın hava hücumundan müdafiə sistemlərinin İsrail rejimi qüvvələri tərəfindən atılan 20-dən çox raketini dəf etdiyini açıqlayıb.

Rusiyanın Suriyadakı Tərəflərin Uzlaşdırma Mərkəzinin sədr müavini Vadim Kulit dünən keçirdiyi mətbuat konfransında "Sentyabrın 3-də, saat 01:30 radələrində İsrail Hərbi Hava Qüvvələrinin F-15 döyüş təyyarələri Livanın hava sahəsindən Suriyadakı hədəflərə qarşı 24 idarə olunan raketlə hücuma təşkil etdi", - deyib.

Kulit Suriyanın hava hücumundan müdafiə bölmələrinin Rusiya istehsalı "Buk-M2E" və "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə 24 raketdən 21-ni məhv edərək hücumu dəf etdiyini qeyd edib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930